XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 18:03

4 polkovnik Gömrükdən qovuldu

aydin_eliyev-300x239

Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.

Komitə sədri, general Aydın Əliyevin əmri ilə bir sıra vəzifəli şəxslər işlərində verdiyi ciddi nöqsanlara görə Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.

Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəisləri işdən çıxarılıb.

Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.

Astara Sərhəd Keçid Məntəqəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirkazım Miratayev təyin edilib. (BakiPost.az)



Oxşar Yazılar