XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

09 Yanvar 2017 - 19:44

“500 milyon manatlıq rüşvət və korrupsiya əməliyyatları sıradan çıxa bilər”

qubad-ibadoglu1-300x200

Nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulu təqdir olunmaldır. Lakin burda ən böyük narahatçılıq bu qanunun kağız üzərində qalmasıdır, – deyə iqtisadçı Qubad İbadoğlu bəyan edib.

Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və  ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 min manatdan, digər vergi ödəyiciləri 15 min manatdan artıq olan hesablaşmaları nağdsız qaydada həyata keçirilməlidir.

İllik dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə Qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

«Qanunun tətbiqindən irəli gələn məhdudiyyətlərdən isə sahibkarlar, xüsusilə dövlət və büdcə əsaslı iri məbləğli sifarişlərlə işləyənlər narahatlıq keçirirlər», deyə o, hesab edir.

Ekspert qeyd edib ki, indiyə qədər investisiya büdcəsi təqvim ilinin əvvəlində Nazirlər Kabinetinin müvafiq qərarı ilə əlaqədar nazirliklər və icraçı təşkilatlar arasında bölüşdürüldükdən sonra onların sifarişləri özlərinə yaxın podratçılara, podratçıların da özlərinə yaxın subpodratçılara verdiyi heç kəsə sirr deyil.

O, qeyd edib ki, prosesdə iştirak edən dövlət təşkilatlarının hər birinə müxtəlif faiz nisbətlərində geriyə ödənişlər (ən azı kontrakt dəyərinin 25-30 faizi məbləğində) nağd əməliyyatlarla aparılır. Eyni zamanda əmək haqlarına əlavə olaraq “paket” formasında ödənişlər də nağd pullardır.

Onun fikrincə, bu halda iki variant proqnozlaşdırmaq olar.

«Birincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər və rəsmi əmək haqqına üstəliklər aradan qaldırılır, sahibkarlar üçün tenderlər sağlam rəqabət şəraitində şəffaf və hesabatlı keçirilir. Bu varıantın ehtimalı az olsa da hazırkı iqtisadi böhran dövründə onun reallaşıdırlması sahibkarlıq fəaliyyətini stimullaşdırılması və korrupsiyanın qarşısının alınması kimi vacib məsələnin həllində əhəmiyyətli rol oynaya bilər», deyə o bildirib.

Q.İbadoğlu xatırladıb ki, 2017-ci il üçün təsdiq olunan dövlət büdcəsində tikinti xərcləri 2,5 milyard manatdan çox təsdiq olunub.

«Bu varinatda reallaşacağı halda ən azı 500 milyon manatlıq rüşvət və korrupsiya əməliyyatları sıradan çıxa bilər», deyə iqtisadçı bildirib.

İkinci variantda dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər vəsaitlər yeni üsullarla nağdladırılmaqla və yaxud nağdsız hesablaşmalarla ödənilir və bu mütərəqqi qanunun qəbuluna baxmayaraq yenə də hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir. Bu korrupsiyanın davamlılığını təmin edəcək.



Oxşar Yazılar