XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 23:36

ABŞ ordusunda hicaba icazə verilib

hicab-300x263

ABŞ ordusunda yeni xarici görünüş standartları dərc edilib. Standartlara uygun olaraq, dini baxışlara uygun olaraq müsəlman hərbçi kişilər rəngli əmmamə, qadınlar isə hicab geyinə bilərlər.

Bu barədə “The Independent” xəbər verir.

ABŞ-ın ordu naziri Erik Fenniqin sözlərinə görə, yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir.

Bildirilir ki, baş geyimlərin rəngi hərbi geyim rəngindən seçilməməlidir. Yeni qaydalara əsasən, hərbçi kişilərə həmçinin saqqal saxlamağa icazə verilir, lakin onun uzunluğu təqribən 5 sm-i keçməməlidir.

(report)



Oxşar Yazılar