XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

10 Yanvar 2017 - 11:21

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb

absh-ag-ev-300x189

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb.

Reuters agentliyinin verdiyi xəbərə görə, ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn,  demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər. Ehtimala görə, hədəfdə Rusiyanın maliyyə, hərbi sənaye və enerji sektoru olacaq.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məruzənin qeyri-məxfi hissəsini yayıb. Məlumata əsasən, adıçəkilən məruzə Donald Trampı inandırıb ki, Rusiya hakerləri həqiqətən kiberhücumlar həyata keçirərək seçki prosesinə müdaxilə ediblər.



Oxşar Yazılar