XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

15 Noyabr 2016 - 19:22

“Akula Akif” Fransada – Eldar Mahmudovun axtarışda olan adamı vəkil tutub

akula-akif-300x225

Bir neçə gün əvvəl İspaniyada saxlanıldıqdan sonra sərbəst buraxılan  “Akula Akif” ləqəbli  Akif Mustafayev  hazırda Fransadadır.

Bu barədə məlumatlı mənbədən informasiya verilib.  Məlumatda qeyd olunur ki, “Akula Akif”   Fransada  türk əsilli vəkillərin  biriylə müqavilə də bağlayıb. O, Fransada  yaşamaq üçün bu ölkədən oturum istəyir.

Qeyd edək ki, “Akula Akif”  ləğv olunmuş  MTN-nin  sabiq rəhbəri Eldar Mahmudovun  mütəşəkkil cinayətkar  dəstəsinin  üzvlərindən biri olub.

O, Azərbaycanda iş adamlarının çökdürülməsində, əmlaklarının əllərindən alınmasında  xüsusi “xidmətlər” göstərib.  Təqdim etdiyimiz  fotoda “Akula”nın   MTN generalı  Akif Çovdarovla  birgə  görüntülənməsi  də  onun MTN-lə sıx əlaqələrinin olduğunu təsdiqləyir.

Xatırladaq ki, “Akula Akif”  hazırda Azərbaycanda  axtarışdadır.  Barəsində  həbs-qətimkan tədbiri seçilib və tutulma qərarı var. (Gununsesi.info)



Oxşar Yazılar