XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

07 Yanvar 2017 - 12:22

Amerika kəşfiyyatı: Putin seçkilərə təsir kampaniyası aparmaq üçün göstəriş verib

putin-komp-300x169

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə təsir etmək üçün kampaniyanın aparılmasına göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Amerika kəşfiyyat birliyinin geniş kütlə üçün nəzərdə tutulan məruzəsində deyilir.

Məruzənin nüsxəsini “Bloomberg” agentliyi əldə edib.

“Bizim qiymətləndirməmizə görə, Putin və Rusiya hökuməti dövlət katibi Hillari Klintonun nüfuzdan salınması və Donald Trampa nisbətdə onu aşkar şəkildə pis vəziyyətdə qoymaq yolu ilə imkan daxilində Trampın qələbə şanslarını artırmağa çalışıb”, – deyə məruzədə bildirilir.

“Hər üç müəssisə bu mühakimə ilə razıdır. Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Tədqiqatlar Bürosu bu mühakiməyə böyük etimad göstərir, Milli Təhlükəsizlik Agentliyi isə əminliyini ifadə edir”, – deyə sənəddə qeyd olunur.



Oxşar Yazılar