XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 17:49

Azərbaycanda daha bir beynəlxalq idman yarışı keçiriləcək

idman-yarishi-300x165

2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Bakıda keçiriləcək. Bu barədə Azərbaycan paytaxtında səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) müvəqqəti prezidenti Yanes Kosyançiç açıqlama verib.

O bildirib ki, EYOF-un 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Lakin Y.Kosyançiç hələ rəsmi müqavilənin imzalanmadığını əlavə edib.

EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını açıqlayıb.

Qeyd edək ki, EYOF 16 – 18 yaşlı idmançılar arasında təşkil olunur. Bu il Macarıstanda keçiriləcək tədbir festivalın 25 illlik yubileyinə təsadüf edəcək. (“Report”)



Oxşar Yazılar