XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

09 Yanvar 2017 - 13:24

Bakıda kriminal qruplaşmalar arasında atışma olub

tapanca-ates-300x239

Hadisə yerindən “Makarov” tipli tapançaya məxsus gilizlər aşkarlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda silahlı insident olub.

“Report”un xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Nənəmin Təndiri” kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman “Makarov” tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.



Oxşar Yazılar