XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

08 Yanvar 2017 - 17:35

Barack Obama-nın prezidentliyi dövründə ən ağır gün

obama-pressconfrence-300x205

Prezident postundan gedərayaq silsilə müsahibələr verən ABŞ lideri Barack Obamahələ də hesab edir ki, onun prezidentliyi dövründə ən ağır günü 2012-ci ildə Sandy Hook İbtidai Məktəbindəki qırğında həlak olanların ailələri ilə görüşəndə yaşayıb.

“Mən hələ də hesab edirəm ki, Nyutaun şəhərinə valideynlərlə görüşə getdiyim və onlara müraciət etdiyim gün prezidentliyimin ən ağır günüdür”, – Barack Obama yanvarın 15-də, onun Ağ evi tərk edəcəyindən 5 gün öncə “History Channel”də yayımlanacaq müsahibəsində deyib.

“Bircə o vaxt mən hətta Gizli Xidmət əməkdaşlarının tədbirdə ağladığını gördüm. Bu, çox böyük amansızlıq idi”, – o söyləyib.

Sandy Hook İbtidai Məktəbdə faciəli hadisə zamanı, 14 dekabr 2012

Sandy Hook İbtidai Məktəbdə faciəli hadisə zamanı, 14 dekabr 2012

“Görüş məni qarabaqara izləyir”

Obama özü Konnektikut ştatının Nyutaun şəhərində 2012-ci ilin dekabrın 14-də ibtidai məktəbdə törədilmiş və 20 uşaqla birlikdə cəmi 26 adamın ölümü ilə nəticələnən kütləvi qırğından sonra keçirilən anım mərasimində tez-tez gözyaşına boğulub. O, təkcə Nyutaunda yox, hətta ötən ilin yanvarında Ağ evdə silah satışını məhdudlaşdıran qərarını elan edərkən də gözyaşlarını saxlaya bilməyib.

“Mən hər zaman o uşaqlar haqqında düşünürəm. Bu məni çox kədərləndirir”, – prezident 2016-cı il yanvarın 5-də demişdi.

Olaydan bir neçə gün sonra CNN-də Obama deyib ki, onların kədərli valideynləri ilə görüşü onu “qarabaqara izləyir”.

”Prezidentin duası”

“Bu, təkcə valideynlərlə bağlı deyildi”, – o, Anderson Cooper-ə deyib. “Sənin bacı-qardaşın vardı, 10, 8, 3 yaşlı, hətta eləsi var, anlamır ki, onun bacısı, ya qardaşı artıq evə dönməyəcək”, –Barack Obama bildirib.

Ağ ev ofisinin keçmiş əməkdaşlarından biri Joshua Dubois 2014-cü ildə çap edilən ”Prezidentin duası” kitabında həmin faciədən iki gün sonra başqa bir məktəbdə sinif otaqlarında keçirilən görüşdən söz açır: “Bizim ali baş komandan onları bir-bir qucaqlayırdı. O deyirdi: “Mənə oğlundan danış… Mənə qızından danış” və sonra mənzərə əzizlərini itirənlərin onlar barədə təsvirləri ilə davam edir: onlar o qırğında itirdikləri əzizlərindən danışırlar, sevdikləri yeməklərdən, televiziya proqramlarından, gülərkən çıxardıqları səslərdən… Həlak olanların gənc bacı-qardaşlarıdan ötrü – onların bir çoxunun iki, üç ya dörd yaşı vardı, nə baş verdiyini anlamağa çox kiçik idilər – prezident, onları qucaqlayan, göyə-atıb tutan, gülən, ovuclarına “White House M&M’s” qutusu qoyan adam idi. Hər otaqda onun gözlərində yaş gördüm, ancaq o, özünü tox tutmağa çalışırdı.

Və bu səhnə saatlarla təkrarlanırdı…”, – deyə müəllif yazır.

Barack Obama, 16 dekabr 2012

Barack Obama, 16 dekabr 2012

“Tək deyilsiz”

Həmin gün anım mərasimində Obama deyib ki, onlar bura “20 gözəl uşağın, altı nəfər yaşlının xatirəsini” qeyd etməyə toplaşıblar:

“Onlar öz həyatlarını məktəbdə itirdilər, bu, tərbiyəli, yaxşı adamların yaşadığı istənilən sakit şəhərin məktəbində, istənilən Amerika şəhərində ola bilərdi”, – prezident bildirmişdi.

“Buraya, Nyutauna xalqın duasını və sevgisini bildirməyə gəlmişəm. Mən sizin dərin kədərinizi sözlə ifadə etməkdə və yaranıza məlhəm olmaqda acizəm. Yalnız ona ümid edirəm ki, sizin bu kədəri tək yaşamadığınızı, bu acını hər kəsin, hətta bizim sərhədlərdən də uzaqda hər kəsin bölüşdüyünü bilmək bəlkə acınızı ovundurar”, – Obama nitqində bildirmişdi.

“Nyutaun, sən tək deyilsən” deyə vurğulayan prezident öz nitqini həlak olan uşaqların bir-bir adını oxumaqla yekunlaşdırmışdı: “Charlotte, Daniel, Olivia, Josephine, Ana, Dylan, Madeline, Catherine, Chase, Jesse, James, Grace, Emilie, Jack, Noah, Caroline, Jessica, Benjamin, Avielle, Allison”.

(azadliq.org)



Oxşar Yazılar