XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

27 Oktyabr 2016 - 01:01

Bircə ayıl,mal kişi

xaliq-sekil

(satira)

Gör neçə ildir ki,müdir olmusan,

Söylə,mənə nə hədiyyə almısan?

Bircə manat rüşvət deyə almısan?

Nə müdirsən?-qalma səni,öl kişi!

Bəsdir daha,bircə ayıl,mal kişi!

 

Aşiqisən həqiqətin,düz işin,

Kaş biləydim,necə olub keçmişin.

Alma vecə,olsa da yüz-yüz işin,

Sən də götür zurna-qaval,çal kişi!

Bəsdir daha,bircə ayıl,mal kişi!

 

Düz işləmək lap əldən salmış səni,

Baharda da düşündürür qış səni.

Hər an gördüm xəyala dalmış səni

Nə durmusan,başına daş sal,kişi!

Bəsdir daha,bircə ayıl,mal kişi!

 

Tay-tuşundan gör nə qədər daldasan,

Yerini bil,gör sağdasan,soldasan.

Axır vaxtlar lap əcaib haldasan-

Nə susmusan,danışsana,lal kişi!

Bəsdir daha,bircə ayıl,mal kişi!

 

Nisyələrə heç çatmayır maaşın,

Çulun köhnə,yırtılıbdır qaloşun.

Başın çaşıb,itib tamam yaddaşın

Olan olub,bir az boşal,dol,kişi!

Bəsdir daha,bircə ayıl,mal kişi!

 

Almamısan daş-qaş,üzük,qolbağı,

Unutmusan mənə nəzər salmağı.

İnanmırsan,vallah,bayramqabağı

Gedəcəyəm,tək bu evdə qal,kişi!

Öz-özünə zurna-qaval çal,kişi!

Nə demişəm,onları alsan əgər-

Onda olarsan,mənə,bax,bal,kişi!

 

Xalıq Yusifoğlu.



Oxşar Yazılar