XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

07 Yanvar 2017 - 15:45

Bu dəhşətli səhnə ölkədə zorun legitimləşməsinin göstəricisidir

ali-kerimli-tribuna-300x205

AXCP sədri Əli Kərimli facebook səhifəsində azyaşlı Nuraya qarşı baş verən dəhşətli zorakılğdan yazıb. Yazını təqdim edirik:

“10 yaşlı Nuraya “qanun keşikçilərinin” gözü qarşısında və onların iştirakı ilə fiziki zorakılıq hamımızı həyәcanlandırıb.

Bu dəhşətli səhnə ölkədə zorun legitimləşməsinin göstəricisidir. Hər kəs gücü çatana zor tətbiq edir. Əsgərlikdə də övladlarımız daha güclülər tərəfindən zorakılığa məruz qalır. Həbsxana və polis idarələrində isə zorakılıq, işgəncə adi haldır. Avropa Məhkəməsi dövlət orqanlarında işgəncə halları ilə bağlı onlarla qərar verib, işgəncə faktlarını təsdiq edib, lakin Azərbaycan hakimiyyəti işgəncə verənlərin birini də cəzalandırmayıb.

Bəli, hakimiyyət hər zaman işgəncə verənin, güc tətbiq edənin yanındadır, çünki ən böyük zorakılığı hakimiyyətin özü edir. Güclünün “hüququ” tanınan, cəngəllik qanunlarının legitimləşdiyi ölkədə isə 10 yaşlı uşaqlar da zorakılıq qurbanı ola bilir. Ölkədə köklü dəyişiklik etmək lazımdır”.



Oxşar Yazılar