XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

13 İyul 2016 - 00:45

“Dedim ki, əfv yazsam, anam məni övladlıqdan çıxarar”

xedice-evez-z“Qarabağ barədə o adamlar danışmalıdır ki, reputasiyası təmizdir, haqqında “oğrudur” kimi ifadələr işlənmir”

Keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı müəllifi olduğu “Qaynar qazan” layihəsi üçün tanınmış həmkarı, “Azadlıq” radiosunun əməkdaşı və keçmiş vicdan məhbusu Xədicə İsmayıldan geniş müsahibə alıb. Müsahibəni təqdim edirik:

III hissə 

Xədicə İsmayılla müsahibə o, azadlığa buraxılan kimi planlaşdırılmışdı. Amma bir az çəkdi. Çünki Xədicənin işləri o qədər çoxdur ki, o vaxta girmək istəmədik. Ortalığın səngiməsini gözlədik.

Xədicə zaman-zaman siyasi məhbusları, vicdan məhbuslarını müdafiə edib, hakimiyyətlə kəskin toqquşmaları olub və bu toqquşmalar heç bir zaman səngiməyib də. Hətta həbs olunduğu zamanlarda belə, Xədicə mövqeyini tərk etməyən tək-tük siyasi və vicdan məhbuslarımızdan biridir. Bütün dünya bir tərəfə oldu, Azərbaycan hakimiyyəti bir tərəfə, Xədicə də bir tərəfə. Və… Xədicə qazandı.

Son illər siyasi hakimiyyətlə axıra qədən gedən və meydandan qalib ayrılan insanların sayı çox azdır. Barmaqla sayılacaq qədər. “Xədicə bu insanların ən parlaq nümayəndəsidir” desəm, məncə, şişirtmə olmaz. Onu indi bütün dünya tanıyır. Amerikadan Asiyaya, Afrikadan Avropaya hamı ona qəhrəman kimi baxır. Əslində, hakimiyyət də son anda özündə güc tapıb Xədicə labirintindən vaxtında azad oldu, məncə. Yoxsa cəmi bircə il də Xədicə içəridə qalsaydı, Nobel Sülh mükafatına qədər gedəcəkdi.

Xədicənin özü də bütün bunların fərqindədir. Siyasi analizləri əladır. Mətbu beyni fövqəladə dəqiq işləyir. Məhz bu dəyərləndirmələri onu hakimiyyətin qarşısında dik saxladı. Xədicə ilə eyni zamanda həbs olunanların bir çoxunda bu səbatlılıq müşahidə olunmadı, amma Xədicə hesablamalarında çox dəqiq oldu. Ona görə də yanına gəlməli olan, gələn, söz yollayan, söz demək istəyən hər kəsin cavabını özünün ironiyalı baxışları ilə sındırdı. Əslində, sındırılan bu qoca iqtidar oldu, Xədicə yox.

Ona 7 il yarım iş verdilər, zarafata saldı ki, niyə belə az? Onu karsa saldılar, kamerada səsi yetdikcə ariya oxudu, rəis yanına çağıranda karsdan xoşu gəldiyini dedi. Ona “plitka” vermədilər ki, soyuq yemək yesin, Xədicə əslində, soyuq yeməklərdən xoşlandığını dedi. Tam bir dustaq. Ağlamadı, sızlamadı, şikayətlənmədi, ah-uf eləmədi. Xədicə bu millətin gözlərində həbsxana xofunu öldürən və onu adiləşdirən nadir adamlardan biridir. Bu tarixi yazdı…

İndi qalır mətbuatın azadlığı yönündə iş görmək. Xədicə mənim üçün Azərbaycan mətbuatının müstəqilliyi uğrunda sarsılmaz mübarizlərdən biridir. Əslində, gözlənti də odur. İndi Azərbaycan mətbuatının bütün dünyada tanınan ən parlaq nümayəndələrindən biri kimi, bir qrupunmu, bir dəstəninmi adamı olacaq, yoxsa Azərbaycan mətbuatını düşdüyü vəziyyətdən çıxarmaq üçün qollarınımı çırmalayacaq? Görünən dağa nə bələdçi, yaxın zamanlarda bunun şahidi olacağıq. Çətindir, amma mən ikinci kateqoriyaya aid Xədicə arzulayıram. Biz əvvəlkiləri görmüşük də ondan…

Xədicə ilə bağlı xatirələrim o qədər çoxdur ki… Gündəliklərimdə bu haqda geniş yazmışam. İş elə gətirdi ki, mən azadlığa buraxılanda Xədicə həbsdə idi. Məhkəmələrinə adam da buraxmırdılar. Taleyə bax ki, məni də, onu da eyni hakimlər heyəti – Ramella-Tamella-Novruz üçlüyü və eyni prokuror – Ramazan Hadıyev mühakimə etdi. Xədicə mənim məhkəməmə gəldi və “Səninlə qürur duyuram” dedi. Mən həbsdən çıxanda, o həbsdə idi və eyni hakimlər və prokuror bu dəfə onu mühakimə edəndə mən “Səninlə qürur duyuram, Xədicə” deyir, yazırdım. Bizi belə qərib bir taleyə məhkum etmişdilər. Helsinkidə Xədicənin mükafatlandırılmasında dünya şöhrətli Amanpurla “Xədicəyə Azadlıq!” şüarını qaldıranda və mediaya poz verəndə heç bilmirdim ki, Xədicə siyasi məhbuslara dəstək mitinqlərində “Əvəz Zeynallıya Azadlıq!” şüarını əlində tutub. Nə qərib bir tale…

Çoxsaylı narahatçılıqlarımız, nigarançılıqlarımız vardı. Bir siyasi məhbus tutulanda rəis muştuluqlamaq üçün çağırırdı və sevinc içində xəbər verirdi. Kim tutuldusa, kim əfv ərizəsi yazdısa, dərhal o “muştuluqlama əməliyyatı” başlayırdı. Bu da bir psixoloji təzyiq idi. Bütün beynimizi sıradan çıxarmaq üçün bizi 10 qat nəzarətdə saxlayır, belə-belə şeylərlə psixikamızı pozmaq istəyirdilər. Amma mən taleyin başqa ironiyalarını da gördüm. Məni Xədicənin tutulması münasibətilə muştuluqlayan rəis Mirsaleh Seyidovu 4-cü zonun qarşısında miskin bir halda Xədicənin azadlıq sənədini gətirən gördüm. İndi o, vəzifə pillələrində yüksəlmişdi, amma azadlıq hissini yaşayan insanların qarşısında gözükölgəli idi – digərləri kimi. Zatən vəzifə pillələrində yüksəlməyin indi başqa bir variantı da yoxdur.

Bax belə, haqqında yazmaqdan doyulmayan Xədicə İsmayıl saat yarımlıq müsahibəsi ilə “Qaynar Qazan”ın 22-ci qonağıdır. Onunla bu müsahibə media tariximizdə özünün yerini tutacaq türdəndir. Ancaq qiymətləndirməni əlahəzrət oxucu və tamaşaçı edəcək.

Əvvəli burada

Fəaliyyətimdə ABŞ tabusu yoxdur

– Yəni “öncə xəbər” deyirsiniz. Haradan olursa olsun, siz onu vermisiniz?

– Yəni belə bir şey olmayıb. Desəm ki, Amerika mənə nə vaxtsa, nəsə deyib…

– Yəni belə bir tabu yoxdur…

– Yoxdur, belə bir tabu yoxdur. Tutaq ki, biz buradakı solçuları verilişə dəvət edirik. Ümid edirik ki, verilişə gələcək və rahat bir söhbət olacaq, hə? Amma başlayır verilişin içində qışqırmağa və görürəm ki, aparıcı psixoloji gərginlik altındadır. Həmin verilişdə aparıcının üstünə qışqırırdı. Etik çərçivədən kənara çıxmışdı. Mən həmin verilişin yarımçıq kəsilməsi üçün qərar vermişdim. Sağçıların nöqteyi-nəzərindən məsələyə baxaq – bu adama imkan vermək lazım idi ki, özünü göstərsin. O adam özü haqqında çox pis təəssürat yaradırdı. Amma mən o verilişi kəsməli idim, çünki bir az da keçsə, verilişin qadın aparıcısının ürəyi gedəcəkdi. Aparıcının dayandığı yerdə üstünə qışqırırdı. O da nələrin baş verdiyini başa düşmürdü. Çünki bizim belə bir gündəliyimiz olmadığı üçün – ki biz Amerikapərəstik və yaxud da kim pərəstik, antisolçuyuq və s. – radio olaraq bizə belə bir hücumlar gələndə biz çaş-baş qalırdıq ki, xeyir ola, nə elədik axı biz?

– Çox maraqlı bir adam sual göndərib. Əhməd Şahidov.

– Hmm…

Əhməd Şahidov çıxışını niyə dəyişib?..

– Bu adam mənim məhkəmələrimdə zala girib adamları döyən adamdır. Amma söz azadlığı naminə mən onun da sualını oxumaq istəyirəm. Həm də hər zaman hakimiyyət mediasında sizin erməniləri dəstəkləməniz kimi bir ajiotaj yaradılmağa çalışılır. Əhməd Şahidov soruşur: “2014-cü ilin sentyabrında Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in toplantısında mən Dağlıq Qarabağın işğalı ilə bağlı danışarkən, Sarkisyan rejimini tənqid edərkən öz dostları ilə arxasını çevirməklə kimə etiraz edirdi? Mənə, mənim Dağlıq Qarabağla bağlı çıxışıma, yoxsa siyasi hakimiyyətə?”

– Əvvəla, Əhməd Şahidov çıxış üçün yazılmışdı…

– Linki də göndərib, mən baxdım. 

– Əhməd Şahidov çıxış üçün yazılanda, mən onun yanında idim, yəni görürdüm. O, Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin heç də hüquq müdafiəçisi olmadığı barədə çıxış hazırlamışdı və o çıxışı da etməli idi.

– Deməli, çıxışı bu barədə olmalı idi?

– O, onu etməli idi…

– O zaman siz ayağa duranda mövzunu dəyişib?

– Biz ayağa durub arxamızı çevirəndə o mövzunu dəyişdi və başladı danışmağa. Çox ağıllı gediş idi. (İroniya ilə əl çalır…) Bravo Əhməd Şahidova. O vaxtdan da bu gedişi hökumət nümayəndələri tez-tez təkrarlayırlar. Çox ağıllı gediş idi. Mən deməliyəm ki, Əhməd Şahidov ona verilən pulları doğruldur. Yəni hökumət ona nə investisiya qoyursa, o baxımdan onu doğruldur. Amma əslində, Əhməd Şahidovun Qarabağ mövzusu ilə bağlı beynəlxalq tədbirlərdə etdiyi çıxışla verdiyi töhfəyə mənim ciddi etirazlarım var. Çünki Qarabağ məsələsi haqqında sınıq-salxaq ingiliscə, çox eybəcər bir tekst demək lazım deyil. Qarabağ barədə ağıllı və hörmətli adamlar danışmalıdırlar. O adamlar ki, onların reputasiyası yaxşıdır, o adamlar ki, onlar haqqında “oğrudur”, “oğruların puluna dolanır” və s. kimi ifadələr işlənmir və üstəlik də mesajlar aydın olmalıdır, həm də dil baxımından başa düşülməlidir. Elə həmin o Varşavadakı tədbirdə…

– Yəni dili elə naqis bilir Əhməd?

– Yəni çətin anlaşılır.

Sınıq-salxaq ingiliscə ilə Qarabağdan danışmaq olmaz

– Bu adam mənim məhkəmələrimdə zala girib adamları döyən adamdır. Amma söz azadlığı naminə mən onun da sualını oxumaq istəyirəm. Həm də hər zaman hakimiyyət mediasında sizin erməniləri dəstəkləməniz kimi bir ajiotaj yaradılmağa çalışılır. Əhməd Şahidov soruşur: “2014-cü ilin sentyabrında Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in toplantısında mən Dağlıq Qarabağın işğalı ilə bağlı danışarkən, Sarkisyan rejimini tənqid edərkən öz dostları ilə arxasını çevirməklə kimə etiraz edirdi? Mənə, mənim Dağlıq Qarabağla bağlı çıxışıma, yoxsa siyasi hakimiyyətə?”

– Əvvəla, Əhməd Şahidov çıxış üçün yazılmışdı…

– Linki də göndərib, mən baxdım. 

– Əhməd Şahidov çıxış üçün yazılanda, mən onun yanında idim, yəni görürdüm. O, Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin heç də hüquq müdafiəçisi olmadığı barədə çıxış hazırlamışdı və o çıxışı da etməli idi.

– Deməli, çıxışı bu barədə olmalı idi?

– O, onu etməli idi…

– O zaman siz ayağa duranda mövzunu dəyişib?

– Biz ayağa durub arxamızı çevirəndə o mövzunu dəyişdi və başladı danışmağa. Çox ağıllı gediş idi. (İroniya ilə əl çalır…) Bravo Əhməd Şahidova. O vaxtdan da bu gedişi hökumət nümayəndələri tez-tez təkrarlayırlar. Çox ağıllı gediş idi. Mən deməliyəm ki, Əhməd Şahidov ona verilən pulları doğruldur. Yəni hökumət ona nə investisiya qoyursa, o baxımdan onu doğruldur. Amma əslində, Əhməd Şahidovun Qarabağ mövzusu ilə bağlı beynəlxalq tədbirlərdə etdiyi çıxışla verdiyi töhfəyə mənim ciddi etirazlarım var. Çünki Qarabağ məsələsi haqqında sınıq-salxaq ingiliscə, çox eybəcər bir tekst demək lazım deyil. Qarabağ barədə ağıllı və hörmətli adamlar danışmalıdırlar. O adamlar ki, onların reputasiyası yaxşıdır, o adamlar ki, onlar haqqında “oğrudur”, “oğruların puluna dolanır” və s. kimi ifadələr işlənmir və üstəlik də mesajlar aydın olmalıdır, həm də dil baxımından başa düşülməlidir. Elə həmin o Varşavadakı tədbirdə…

– Yəni dili elə naqis bilir Əhməd?

– Yəni çətin anlaşılır.

Sınıq-salxaq ingiliscə ilə Qarabağdan danışmaq olmaz

– Daha ciddi iş görə bilirikmi?

– Bəli, daha ciddi iş görə bilirikmi? Mən yeganə azərbaycanlı, ümumiyyətlə yeganə jurnalistəm ki, Karaciçlə bağlı məhkəmə gedəndə Sarkisyanın da həmin məhkəmə qarşısında cavab verməli olduğu haqda yazı da yazmışam, sual da vermişəm…

– Beynəlxalq miqyasda?

– Beynəlxalq miqyasda… O yazılar ingiliscə dərc olunub. Mən yazmışam o yazıları. Mən başa düşürəm ki, bizim jurnalistlər, haradasa gedib, bir sual verirlər və o sualla özlərini reklam edirlər ki, biz filan yerdə Qarabağ məsələsini tərpətdik. Bu, məsələnin həll edilməsi yolu deyil. Yolu bu deyil. Sən özünü reklam edə bilməzsən. Onda nə fərqi var, sən də sui-istifadə elə öz reklamın üçün… Mən indi heç vaxt danışmamışam ki, filan yerdə filan işi gördüm, filan adama filan sözü dedim və s. Dilqəm Əsgərovla Şahbaz Quliyev ermənilər tərəfindən girov götürüləndə ermənilərin apardığı propoqanda artıq dünya mediasına yayılmışdı ki, bu adamlar balaca bir uşağı öldürüblər. Propoqanda belə idi. Mənim bir facebook postumla bu propoqanda dağılıb. Əgər mən həmin postu yazmasaydım və beynəlxalq media da götürüb istifadə eləməsəydi, elə bir rəy formalaşacaqdı. Ondan sonra nə Amerika diplomatları o barədə danışardılar, nə məsələ bu səviyyəyə çatardı. O təbliğatın faydası azdır. Yəni Ermənistan hökumətinə normal, sivil mübarizə yolu ilə təsir etmək mümkün olmur. Adamlar silah dilini başa düşürlər, başqa dil başa düşmürlər. Mən başa düşürəm ki, bizim səylərimizin faydası çox azdır, amma biz əlimizdən gələni etməliyik və mən istəmirəm orada-burada danışım ki, mən filan vaxtı filan şeyi elədim. Niyə mənim sözüm daha etibarlı sayılır? Çünki mənim yalan danışmaq təcrübəm yoxdur. Ona görə də mənim dediyim sözlərə diqqətlə yanaşırlar. Mən hökuməti tərifləmirəm, heç kimi tərifləmirəm, heç kim haqqında yalandan tərif söyləmirəm, hökumətin sifarişi ilə də yazılar yazmamışam. Adamlar başa düşür ki, mən nəyəsə inanmasam, bunun həqiqi olduğuna inanmasam yazmaram. Ona görə yazdığım şeyə hörmətlə yanaşırlar.

Xədicə xanım, gələcəklə bağlı suallar var. Rövşən Zamanlı soruşur ki, “insanların hər gün xısın-xısın danışdıqlarını Xədicə xanım öz yazıları ilə sübuta yetirdi və buna görə də cəzalandırıldı. Ancaq sübut etdi ki, haqq nazilər, üzülməz. İndən belə gedişlərində dəyişiklik olacaq, yoxsa yox?”

– Yox, mən elə həmin işlərlə məşğul oluram. Mən sizin kağızlara baxıram, ürəyim ağrayır…

Araşdırmaları davam etdirəcəm, gözləyin

– Suallar azalır.

– Azalmır…

– Təxminən eyni suallardır. Artıq yekunlaşırıq.

– Yəni mən araşdırmaları davam etdirəcəm. Hal-hazırda da o sahədə işləyirəm.

– İlqar Hüseynov da soruşur ki, “Xədicə xanımdan yeni araşdırmalar gözləyəkmi?”

– Gözləyək.

– Ağarəhim Əsgərov soruşur ki, “bu haqq yolunda irəliləməyə gücünüz çatacaqmı?”

– Nə qədər gücümüz var, işləyirik…

– İlqar Rəhimov soruşur: “Xədicə xanım, sizi qalib saymaq olarmı?”

– Mən özümü hər zaman qalib hiss eləmişəm bu situasiyada.

– Orxan Baxışlı Gürcüstandan sizi salamlayır və yazır: “Əliyev rejimi üzərində qələbə çaldıqdan, xeyirin şər üzərində zəfərini qazandıqdan sonra da öz fəaliyyətində dəyişiklik etmək istəyərmi? Yoxsa fərqi yoxdur, hansı hakimiyyət olursa olsun hər zaman tutduğu dəsti-xətt üzrə fəaliyyətini davam etdirəcək?”

– Mənim üçün fərqi yoxdur. Hakimiyyətdə kim olursa-olsun, əgər o hökumət korrupsiyaya bulaşacaqsa, mən o hökuməti tənqid edəcəm və o korrupsiyanı da aşkara çıxaracam.

– Anar Məlikov soruşur ki, Xədicə xanım, heç peşiman olmusunuz ki, çəkdiyiniz əziyyətləri kütlənin əksəriyyəti dəyərləndirmir?

– Mən hesab edirəm ki, dəyərləndirən adamlar dəyərləndirməyənlərdən daha çoxdur.

– Zülfüqar Qubad soruşur: “Xədicə xanım, biz informasiyasızlıq şəraitində qalıb boğuluruq. Bizim bu qapalı otağımıza nəfəslik aça bilərsinizmi? Ən azı, internet televiziyası açın və gündəlik 1-2 saatlıq verilişdə dünyada baş verən hadisələri ziyalıların dilindən dinləyək”.

“İşdən sonra” Xədicə xanım tərəfindən davam etdiriləcəkmi?

– Bu, bir balaca texniki baxımdan çətin həll olunacaq məsələdir. Amma hər halda bu məsələlərdən il yarım uzaqda olmuş adam kimi hələ ki, çözüm yolu barəsində heç düşünməyə başlamamışam da… Düzü, gələndən başım çox qarışıqdır. Həm görüşlərə, həm özümün davam edən məhkəmə işlərimə, həm də davam etdiyim araşdırma işlərinə… Hüquq müdafiə təşkilatları ilə digər siyasi məhbusların işlərilə bağlı yazışmalar aparıram. Yəni hələ ki, mənim texniki və fiziki olaraq o imkanım yoxdur. Bir az sonra bəlkə o barədə fikirləşərik.

– İqbal Dəmirli soruşur: ““İşdən sonra” proqramı Xədicə xanım tərəfindən davam etdiriləcəkmi?

– Məhz bu sualla bağlı bir qədər əvvəl fikrimi bildirdim. Yəni texniki baxımdan, hazırda studiya bağlıdır, ofis yoxdur. Yəni hələ bunun açılması üçün də vaxt lazımdır? İndi bu məsələ necə həll olunar, necə davam etdirilər, indidən deyə bilmərəm.

– Burada Kamran Mahmudovla bağlı da sual var. Bir yerdə işləyəcəklərmi, davam etdirə biləcəklərmi?

– Səhv eləmirəmsə, Kamran hal-hazırda işləyir.

– Deyəsən, Kanal13-də işləyir…

– Hə, Kanal13-də işləyir. Və mən ona uğurlar arzulayıram.

Mən heç kimlə küsülü deyiləm

– Ağaşirin Tarverdioğlu soruşur ki, “Xədicə xanım, elə hal ola bilərmi ki, bu yalançı, talançı rejimlə barışasınız?”

– Mən heç kimlə küsülü deyiləm. Yəni onu da deyim. Çünki umduğun yerdən küsürsən. Ummadığın yerdən küsmürsən. Amma ki, əgər söhbət ondan gedirsə ki, onlar tənqid olunmasınlar, o zaman pis işlər görməsinlər, tənqid də olunmasınlar.

– Kitabla bağlı iki sual var.

– Aha…

– Orxan Baxışlı deyir ki, kitab tərcüməsi işi onda gözəl alınıb. Yəni xarici əsər tərcümə etmək planı varmı? Zülfüqar Qubad soruşur ki, Xədicə xanım, tərcümə etdiyiniz və başqa məsləhət bildiyiniz kitabların audio variantını təşkil etmək olarmı? Oxumağa imkanı olmayıb dinləmək istəyənlərə qiymətsiz hədiyyə olardı. Mən belə baxıram ki, sizdən bir universitet səviyyəsində, çox şey gözləyirlər.

– Hə. Mən hər şeylə məşğul ola bilmərəm də… Yəni həbsə bir də salsalar, söz verirəm ki, bir dənə də kitab tərcümə eləyəcəm.

– Təqdiredici suallar var…

– Onları buraxaq. Tənqidlərə keçin.

– “Cəsarət nümayiş etdirən aslan xanıma təşəkkür edin”…

– Yaxşı, deməyin. Keçin tənqidlərə…

– Eləmi? Çox yaxşı suallardır: “Bu qədər cəsarət və gücü haradan alır?” (Gülür…) “Bəzi “kitayski” liderlərdən qat-qat kişidir”… Cahid İmanlı, Cavanşir Ağayev…

– Yaxşı da…

– Yazıblar. Mən nə edə bilərəm ki? Cəfər Şərbətov o fikirdədir ki, “Tarix yazdı”. Elxan Babayev minnətdarlığını bildirir. Zülfiyyə Ağdağ yazır: “Xədicə xanımı doğan ananın əlini öpərək, təşəkkürümü bildirirəm. Axıra qədər çox sanballı durdu. Belə ananın belə də dəmir kimi qızı olar…”

– Mən anamdan çox razıyam.

Anam çox möhkəm dayandı

Çox əziyyət çəkdi…

– Həm əziyyət çəkdi, həm də sağ olsun ki, çox möhkəm dayandı. Əlbəttə, mən istənilən situasiyaya hazır idim. Ailə başa düşməyə bilər, hansısa məqamda üz çevirə bilər və s. O situasiyalara da hazır idim.

– Amma hər zaman da deyirdi ki, “mən deyirəm geri çəkilmə!”

– Elədir. Mən hətta fəxrlə bu haqda danışıram. Mənimlə əfvlə bağlı söhbətlər aparmağa gələndə, mən deyirdim ki, “heç vaxt yazmaram”. Deyirdilər ki, “sən yazmazsan, anan yazar”. Mən də deyirdim ki, “nə danışırsınız, mən yazsam, mənim anam məni övladlıqdan çıxarar”.

– Yəni əfvlə bağlı nəsə deyirdilər?

– Belə, üstüörtülü olurdu…

– Yarızarafat, yarıciddi…

– Hə… Yarızarafat, yarıciddi nəsə danışırdılar. Mən də dərhal söhbəti kəsirdim.

– Sizdən 3 şikayət sualı var.

– Buyurun.

– Kamran Bünyad deyir ki, “Əvəz bəy, bu gözəl xanıma deyin, məni blokdan çıxarsın. Yoxsa apellyasiya şikayəti verəcəm”.

– Əvvəlcə yada salmaq lazımdır ki, o adam bloka niyə düşüb?

– Ziya Zöhrab da soruşur ki, məni nə vaxt blokdan çıxaracaqsınız, Xədicə xanım. Niyə bloka salırsınız? Bir qədər səbirli, təmkinli olmaq olmazmı?

– Adam əgər söyüş söyürsə, bloka atmışam.

– Hə, o zaman heç…

– Əgər söyüş söyübsə… Ən çox da blok məsələsi 2012-ci ildə şantaj məsələsi dönəmində olub. Deyək ki, kiminsə şəxsi həyatı ilə bağlı video paylaşılırsa, dərhal bloka salıram. Bir də bir siyasi blok səbəbim var. Hitleri reklam edən adamları bloka salıram. Əvəz bəy, bilirəm ki, siz də “Mein Kampf”ı tərcümə eləmisiniz…

– Yox, əstəğfürullah, mən heç bir zaman Hitleri reklam eləməmişəm.

– Amma siz tərcümə eləmisiniz…

– Təbii ki…

– Əslinə qalsa, yaxşı bir iş görmüsünüz ki, insanlara məlumat vermisiniz.

Şəxsi həyata müdaxilə edən, söyüş söyən, ya da svastika şəkilləri qoyanlar…

– Bir daha fürsət yaranmışkən burdan bəyan edim ki, Hitler bəşəriyyətin ən böyük və ən dəhşətli canilərindən biridir. Yəni onu təbliğ etmək bir insanlıq suçudur və əsla olmaz. Amma yazdığı əsərin də öz Azərbaycan dilimizdə olması, məncə bütün dünya siyasi əsərləri kimi lazımdır.

– Lazım idi. Lazım idi… Düzü, bu bəyləri də nəyə görə blokladığımı xatırlamıram. Amma deyirəm ki, səbəblər bunlar ola bilər. Ya kiminsə şəxsi həyatına müdaxilə ediblər, ya söyüş söyüblər, ya svastika şəkilləri qoyublar v s.

– Siz ümumi bir əfv çıxara bilərsinizmi? Siz də bir əfv verin də… Həbsdən azad olunmağınız münasibətilə özünü yaxşı aparanlara bir əfv elan edin.

– Mən o adamları izləmirəm. O zaman özlərini yaxşı apardıqlarını haradan biləcəm?

– Onda özləri yazsınlar.

– O zaman bir Əfv Komitəsi təşkil edək. Onlar bir-bir araşdırsınlar, sonra qərar verək.(Gülür…) Amma o da ola bilər ki, bu adamlar heç də bu hallar nəticəsində bloka düşməyiblər. Mən sadəcə yaxşı xatırlayıram ki, yalnız belə hallarda blok məsələsi ortaya çıxır.

– Nəsə, mən də yaxşı tanımıram, amma mənim profilimdə də çox aktiv adamlardır. Nə vaxtsa söyüş söydüklərini də xatırlamıram. Ola bilər ki, siyasi mövqeləri fərqlidir.

– Ola bilsin ki, söyüş söyməyiblər. Bir də virus yayan səhifələri bloklamışam.

– O da çox vaxt səhvən olur.

– Virusun yayılmasının qarşısını almaq üçün başqa yolum olmur, dərhal bloka atıram.

Telekanallarımızın canlı yayınlarına müraciət etsinlər

– Hacı Əhmədov yazır ki, “Azadlıq” radiosunda apardığı verilişə yüz dəfələrlə suallar ünvanlasaq da heç birini səsləndirməyib. Xədicə xanım, sizin qəbulunuza düşmək, hakimiyyətin yüksək rütbəli məmurlarının qəbuluna düşməkdən daha çətindir. Düzdür, onun ardınca buna təpkilər olub ki, “yalan danışmayın, filan”.

– Mən bilmirəm, konkret olaraq, suallar nədən ibarət olub və etik olubmu həmin suallar və s. Yəni müxtəlif səbəb ola bilər ki, o suallar səsləndirilməsin. Əgər mən o sualları hansısa səbəblərdən səsləndirməmişəmsə, alternativ o qədər variantlar var ki… Telekanallarımızın canlı yayınlarına o sualları ünvanlasınlar. Onlar yəqin ki, bu sualları səsləndirə bilərdilər.

– Ceyhun Mirzəli yazır: “Azərbaycan və dünya ədəbiyyatında ən çox bəyəndiyi əsər hansıdır?”

– Dünya ədəbiyyatında ən çox bəyəndiyim əsər “Qara toyuğu öldürmək” əsəridir. “Adam aldadan quşu öldürmək” də deyirlər. Türkcə, “Bülbülü öldürmək”dir. Harper Linin əsəridir. İndiyədək bu, Harper Linin yeganə əsəri sayılırdı. Bu yaxınlarda həmin yazıçının əsərinin davamını tapdılar. Dostlar mənə də onu göndərdilər. Amma çox məyus oldum, çünki əsər yazıçı haqqında düşüncələrimi xeyli korşaltdı. “Qara toyuğu öldürmək” – “Bülbülü öldürmək” çox güclü əsərdir və dünya ədəbiyyatının ən işıqlı əsərlərindən biridir. Azərbaycan ədəbiyyatına gəlincə isə, mən nə üçünsə Azərbaycan ədəbiyyatını yeniyetmə yaşlarımda oxumuşam. Həmin illərdə mənim beynimdə və şüurumda ən çox Əzizə Cəfərzadənin romanları idi.

Tarixçi olmaq istəyirdim

– Tarixi romanları…

– Tarixi romanları… Onun əsərlərində “pritçalar” və tarixin ironiyasına bir maraq var idi. Mən o əsərləri 13-14 yaşlarımda, yeniyetmə yaşlarımda oxuyurdum…

– Yeri gəlmişkən, jurnalist olmaq istəyirdin?

– Yox, mən tarixçi olmaq istəyirdim.

– Ona görə Əzizə Cəfərzadənin əsərlərinə bu qədər marağın olub.

– Nə üçünsə məhz onun əsərləri mənim beynimdə çox güclü iz buraxıb. Bu, həm də mənim təəssüratımla bağlıdır. Çünki böyüyəndən sonra artıq zövqüm də dəyişib, ola bilsin ki, daha kaprizli oxucuya çevrilmişəm. Amma məndə ən böyük təəssürat yaradan əsərlər, onun əsərləri olub.

– Azərbaycan və dünya kinosunda ən çox bəyəndiyi film.

– Çox bəyəndiyim müxtəlif filmlər var. Daimi olaraq ən çox bəyəndiyim film yoxdur. Həbsxanada 6 ay ərzində mən ümumiyyətlə heç bir filmə baxmamışdım. Çünki televiziya otağında serial göstərirdilər, mən də seriallara baxmırdım.

– Ayrı kompüter otaqları necə, yox idi?

– Yox.

Gələn dəfə mən kişi həbsxanasında yatacam

– Bizdə var idi.

– O sizdə var idi. Bizdə yox idi. Gələn dəfə mən kişi həbsxanasında yatacam.(Gülür…)Çünki onların imtiyazları daha çox olur. 6 ay müddətində mən orada filmə baxmadım, yaxşı musiqi dinləyə bilmədim. Hansısa filmə baxmağa özümü uyğunlaşdırmaq çətin idi. Bir az cəsarətsiz başladım. Bir dəfə çox yaxşı bir filmə baxdım – “Central Brasil” – “Braziliyanın mərkəzi vağzalı” filmi.

– Hollivud filmidir?

– Yox, məncə elə Braziliya filmidir. Düzü, rejissoru yadımda deyil. Amma çox gözəl təəssürat yaratdı. Ən son güclü təəssüratım o olub. Sevdiyim, təkrar-təkrar baxmaq istədiyim filmlər də var. Məsələn, “Şauşenkdən qaçış” filmi.

– Nabatəli Qulamoğlu yazır: “Xədicə xanım “İşdən sonra” verilişində tanınmış siyasətçilər həmişə möhkəm imtahana çəkib, əla qiymət alanını da görməmişəm. Xədicə xanım, “bunu tamaşaçılar bilər”, deməyin. Özünüzə “Qaynar Qazan”da hansı qiyməti verərsiniz?”

– Mən qərəzli qiymət verəcəm, mən versəm. Ona görə də verməyim.

Mənim yalan danışmaq üçün səbəbim yoxdur

– Özünüzə qarşı yəni o qədər tələbkarsınız?

– Yəni hər şey bir qırağa, müsahibə aldığım siyasətçilərin bir çoxundan bir fərqim var ki, mən sizin səsinizi istəmirəm. Yəni mən nə siyasi karyera haqqında fikirləşmirəm, mənim nəyisə gizlətmək və yaxud da hansısa karyera uğrunda səs qazanmağa ehtiyacım yoxdur. Mənim yalan danışmaq üçün səbəbim yoxdur. Siyasətçilərin həmişə yalan danışmaq üçün səbəbləri var.

– Təşəkkür edirəm.

– Sağ olun.

– Arzu edirəm, bütün ömrünüz boyu və gələcək fəaliyyətlərinizdə heç bir zaman yalan danışmayasınız.

– Çox sağ olun.

– Siz sağ olun.



Oxşar Yazılar