XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 13:46

Diş özü bitəndən sonra plomb niyə lazımdır ki?…

dis-hekimi-emin

“The Telegraph” qəzetinin elmi müxbiri Sarah Knapton yazır ki, yaxın gələcəkdə xarab və xəstə dişlərin plomblanmasına ehtiyac qalmaya bilər.

Məsələ burasındadır ki, alimlər Altsaymer xəstələrini müalicə edən dərman preparatının həm də dişin yenidən inkişaf etməsinə səbəb olduğunu aşkar ediblər.

Londonun King’s College Universitetinin alimləri müəyyən ediblər ki, Tideglusib preparatı diş ətindəki gövdə hüceyrələrini stimullaşdırır və bu hüceyrələr öz növbəsində dişin mina qatı altındakı dentin qatını yenidən inkişaf etdirir.

Alimlər deyirlər ki, dişlər zədələnərkən təbii şəkildə dentini regenerasiya etdirə bilir, lakin bu reallıqda çox nazik qat olur və karies nəticəsində açılmış diş koğuşunu bağlaya bilmir.

Lakin Tideglusib preparatı GSK-3 adlı fermenti “söndürür”. Dişin öz-özünü axıradək müalicə etməsinin qarşısını alan məhz bu fermentdir.

Alimlər bioloji çürüməyə qabil süngəri preparatın məhlulunda isladaraq xarab dişin koğuşuna yerləşdiriblər və dişin öz-özünü 6 həftəyə müalicə etməsini göstəriblər.

Kiçik süngərlər diş dirçəldikcə əriyib gedən materialdan hazırlanır.

Professor Paul Sharpe deyib ki, metodun sadəliyi onun tez bir zamanda stomatoloqlar tərəfindən tətbiqinə imkanlar aça bilər.

Hazırda deşilmiş dişlərin müalicəsi üçün onların açıq koğuşlarının sementlə doldurulması həyata keçirilir.

Lakin plomblar bir müddətdən sonra hər halda aşılanıb tökülür və onları təzələmək lazım gəlir. Bir neçə belə plombdəyişmədən sonra stomatoloqlar adətən dişi çıxarırlar.

Amma Tideglusib preparatının ziyansızlığı artıq Altsaymer xəstələri üzərində təcrübə ilə isbat olunub.

Odur ki, diş plomblarına tezliklə ehtiyac qalmayacaq, “The Telegraph” yazır.



Oxşar Yazılar