XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

12 Yanvar 2017 - 10:55

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır

facebook-300x169

Bu gün “Facebook” sosial şəbəkəsi şirkətin jurnalistlər və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan “Facebook Journalism Project” layihəsini istifadəyə verib.

“Report” xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

“Biz məhsullar hazırlamaq üçün xəbər qurumları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmsal dövrdə məlumatlı oxucu olmaq üçün insanlara ehtiyac duyduqları bilikləri onlara necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik. Layihənin bəyan edilən istiqamətləri arasında xəbər məhsullarının birgə hazırlanması, treninqlər və həm jurnalistlər, həm də bütün istifadəçilər üçün alətlər var”, – deyə şirkətin məlumatında qeyd olunur.

Layihənin istifadəyə verilməsi “Facebook”un saxta xəbərlərlə mübarizə proqramının bir hissəsidir.



Oxşar Yazılar