XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 17:55

Gənc oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb

intihar

Bakıda 21 yaşlı oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu Əsəd Əhmədov küçəsində yerləşən 19 mərtəbəli yarımtikilinin 19-cu mərtəbəsindən intihar etmək məqsədilə özünü yerə atıb. M.Əliyev hadisə yerində ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb. (Report)



Oxşar Yazılar