XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 23:33

Gürcüstan prezidenti: “Rusiya əsgərləri Abxaziyada vandalizm törədir”

merqvel-gurc-300x223

“Abxaziyanın Tsabal kəndində 19-cu əsrə aid kilsə və polyak qəbristanlığı dağıdılıb. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir”.

Bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, kilsənin dağıdılması  Rusiya tərəfinin təşəbbüsüdür: “Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq  hüquq normaların kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir”.

Qeyd edək ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb.



Oxşar Yazılar