XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

09 Yanvar 2017 - 22:07

İcra başçısı haqqında mərkəzi hakimiyyət orqanlarında mənfi fikir formalaşıb?Növbəti sərəncam

mirdamed-sadiqov

Son bir neçə aydır ki,sosial ədalətsizlik ucbatından İsmayıllıda ciddi narazılıqlar baş qaldırmaqdadır.Məsələnin üzərinə inamla getdikdə,hər şey şəffaf şəkildə görsənir.İsmayıllıda baş verən anormallıqlar yerli rəhbərliyin səriştəsizliyi ucbatından baş verir.İcra başçısı Mirdaməd Sadıqovun təsədüfi adamları vəzifələrə doldurması,rayondakı tarazlığı pozub.Məmurlar və rayon əhalisi arasında dərin uçurum yaranıb.İnsanlar artıq dərk edir ki,cənab Mirdaməd müəllim daşıdığı vəzifənin öhdəsindən gələ bilmir.Eyni zamanda Mirdaməd müəllim əhaliyə verdiyi sonsuz vədlərə əməl edə bilmədi.Rayonu güya ki,inkişaf etdirmək üçün gəlmiş başçı,yalnız rayonda rüşvətin,özbaşnalığın,talanın çiçəklənməsinə səbəb oldu.Ya bilərəkdən,ya bilməyərəkdən,rayonda məmur özbaşnalığı,bürokratik əngəllər vüsət aldı.Rayonu idarə etmək əvəzinə ziyalılara qarşı kompaniya aparıldı.Kimlərin kimdən xoşu gəlmirsə,ona qarşı səlib yürüşünə çıxdı.Bütün bunlar ona görə baş verdi ki,rayonun siyasi rəhbəri yerində deyildi.Yekunda nələrin baş verdiyinin şahidiyik.Artıq rayonda sıravi insanlar başda Mirdaməd müəllim olmaqla onun komandasına inanmırlar.Rayonda mütləq əksəriyyət siyası rəhbərliyi,yalançılıqda,talançılıqda və sair xoşagəlməz işlərdə qınayırlar.Artıq insanlar icra hakimiyyətinə hər hansı problemin həlli üçün müraciət etməyin mənasız olduğunu bilirlər.Çünki cənab başçı şikayətə gedənləri ələ salır,aşağılayır və sair yollarla onlarda hakimiyyət strukturlarına qarşı inamsızlıq yaradır.

serencam-sekil-1

serencam-sekil-2

***

Özü yıxılan ağlamaz.

 

Yuxarıda qeyd etdiyimiz kimi cənab Mirdaməd Sadıqova qarşı inamsızlıq mühiti yaranıb.Mənbəmizin bildirdiyinə görə son günlər hörmətli başçının yaxın ətrafına daxil olan şəxslər onun fəaliyyəti dövründə imzaladığı sərəncamları kiv-lərə ötürməklə,mərkəzi hakimiyyəti də cənab başçıdan narazı sala biliblər.Artıq Bakıda mərkəzi hakimiyyət dairələrində Mirdaməd müəllimə qarşı inamsızlıq yaranıb.Onu artıq zəif bənd kimi qəbul edirlər.Çünki icra başçısının imzaladığı sərəncamlar onun komandasının üzvləri tərəfindən kiv-lərə ötürülürsə,deməli,başçı yerində deyil.Buna görə də cənab başçı heç kimdən deyil,yalnız özündən inciməlidir.Atalar demişkən,özü yıxılan ağlamaz.

Bu dəfə də mənbə bizə Mirdaməd Sadıqovun daha bir sərəncamını təqdim edib.Sərəncamda qeyd edilənlərə mənbənin izahını olduğu kimi təqdim edirik.

 

 

Mənbənin qeydləri:Mirdaməd Sadıqov qohumu Nağıyev Arif Ələvəz oğluna Girdiman çayının yatağından 15 hektar torpaq sahəsinin icarəyə verilməsi üçün sərəncam imzalamışdır.Həmin ərazidə bir neçə əsaslı tikinti işləri aparılmışdır.Həmin tikintilər müvafiq dövlət qurumları ilə razılaşdırılmamışdır.Həmin ərazidə heyvandarlığın inkişafından söhbət gedə bilməz.Ərazidə tikilmiş fermaya iri buynuzlu heyvanlar Ermənistandan Gürcüstana,Gürcüstandan isə Azərbaycana gətirilirdi.Bu işlərə ölkədə rəhbərliyi sabiq MTN naziri Eldar Mahmudov edirdi.Qeyd edilən ərazidə xaricdən gətirilən heyvanlardan xəstəlik yayıldığı üçün ferma başqa bir vətəndaşa icarəyə verilmişdir.

Sabiq MTN naziri Eldar Mahmudov ilə icra başçısı Mirdaməd Sadıqovun yaxın münasibətləri mövcud olub.Onlar birlikdə bir sıra layihələrə imza atıblar ki,zamanında onları da sizlərə açıqlayacağıq.

 

***

Mənbəyə məlumat üçün təşəkkür edirik.Ancaq burada Ermənistan,Gürcüstan məsələsi hesab edirik ki,qərəz ola bilər.Çünki qeyd edilən əraziyə heyvanların gətirilməsi daha ucuz və əziyyətsiz ölkəmizin içərilərindən də başa gələ bilərdi.Digər tərəfdən sabiq nazir Eldar Mahmudovun ölkədə bütün nazirlərlə,komitə rəhbərləri ilə və təbii ki,icra başçıları ilə yaxın münasibətdə olmasında qəribə bir detal görmürük.Çünki sabiq nazir elə bir vəzifənin başında olub ki,istənilən şəxs ilə əlaqənin qurulması mümkün və hətta vacib sayıla da bilərdi.Sonradan onun əməlləri ifşa olunubsa bunun hansısa icra başçısı və qeyrisinə nə aidiyyatı ola bilər?Məsələn Mirdaməd Sadıqov hardan bilə bilərdi ki,gələcəkdə Eldar Mahmudovun iç üzü açılacaq?Yəni mənbəmizə bu xatırlatmanı ədalət naminə edirik.Çünki kiməsə qarşı ədalətsizliyin tərəfdarı deyilik.Qaldı ki,sözügedən sərəncamın qanunsuz,yaxud qanuni olduğu məsələsinə bunun da araşdırılıb hüquqi qiymət vermək səlahiyyəti dövlətin əlaqədar qurumlarına aiddir.Biz isə sadəcə aldığımız informasiyanı ictimailəşdirməklə işimizə son verməliyik.Bəli,belə də etdik.

 

Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.Mövzu ilə bağlı İsmayıllı rayon icra hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqovun mövqeyi bizim üçün daha maraqlı olardı.

 

Kend.info.Araşdırma monitorinq qrupu.



Oxşar Yazılar