XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

09 Yanvar 2017 - 12:52

İdarəçilərin tüfeyli bədxərcliyinin bizi millət olaraq müflis etdiyini gördünüzmü?

akarimli-yeni5-300x225

AXCP sədri Əli Kərimli Facebook səhifəsində SOCAR-ın yarıtmaz fəaliyyətindən yazdı:

“SOCAR yenə də gündəmdədir. Zavodunda çalışan fəhlələrə maaşı vaxtında vermədiyi üçün 600 fəhlə tətil edib. “Bizdə tətil etməyə cəsarət haradan?” soruşmağa tələsməyin, bu dəfə hadisələr SOCAR-ın Türkiyədəki zavodunda baş verir. Deyirəm nə olar, bir dəfə də bu SOCAR müsbət bir işilə gəlsin də gündəmə.
SOCAR bizim dünyada nisbətən tanınan yeganə brendimizdir. Ölkəmiz neft ölkəsidir, neftin də ölkədəki sahibi SOCAR-dır. Zarafat deyil, təkcə Avropa futbol çempionatında SOCAR adının reklam olunması üçün 120 milyon manat xərcləmişdi. İndi baxaq görək SOCAR ölkə vətəndaşının gündəminə adətən necə gəlir.

1.Qazın, benzinin, digər yanacaq növlərinin qiyməti SOCAR-ın təklifilə qalxanda.
2. Dənizdəki platformalarda onlarla neftçini həyatdan məhrum edən faciələr baş verəndə.
3. Xaricdən 8 milyard dollarlıq borcun üstünə yeni-yeni borclar alanda və ya istiqraz sataraq ölkənin daxilindən də 1 milyard dollar borc alanda.
4. Dəbdəbəli, bahalı ofislər tikib, şirkətdə kütləvi ixtisarlar edəndə.
5. Nəhəng korrupsiya araşdırmaları, orta ranqlı məmurlarının belə irimiqyaslı oğurluqlar ilə.
6. Camaatın evləri başlarına uçurdulanda.
7. Neft maqnatlarına, konqresmenlərə milyonluq ziyafətlər veriləndə, “acından ölən” Avropanın futbol klublarına pul paylananda, şahmatdan cüdoya, cüdodan futbola qədər dünyada müxtəlif idman yarışlarına sponsorluq etməyə pul xərclənəndə.
Sonra da bütün bu hesabları millət olaraq bizlər ödəməli oluruq. Bəzilərimiz pulumuzla, bəzilərimiz isə canımızla.

Dostlar, bilirsiniz ki, bizim ölkəmizdə BP başda olmaqla xeyli xarici şirkət neft çıxarır. Onlar Azərbaycan tərəfilə imzaladıqları müqaviləyə görə, bizim torpaqlardan öz sərmayələrilə çıxardıqları neftin təqribən 70 faizini verirlər Azərbaycana (Neft Fonduna), qalan 30 faizdən indiyə qədər qoyduqları sərmayələri çıxarıblar, üstəlik də 45 milyard dollar qazanc götürüblər. Qazanclarından dövlət büdcəsinə 10 milyard dollardan artıq vergi dә ödəyiblər. SOCAR işlətdiyi yataqlardan çıxartdığı neftdən Neft Fonduna bir manat da ödəmir. Yalnız hamı kimi vergi verir. Və borc içində batır.

İdarəetmədəki fərqə baxın: bir tərəfdə istehsal etdiyi neftin cəmisi 30 faizi ilə 45 milyard qazanc götürən xarici neft şirkətləri, digər tərəfdə isə çıxardığı neftin 100 faizini də özündə saxlayan, lakin 8 milyard dollar xarici borc altında boğulan, işçisinin maaşını vaxtında verə bilməyən bizim SOCAR. Əmin oldunuzmu ki, korrupsinerlərin bütün oğurladıqları əslində bizim süfrəmizdən gedir? İdarəçilərin tüfeyli bədxərcliyinin bizi millət olaraq müflis etdiyini gördünüzmü? Oğru və bacarıqsız hakimiyyətin xalqa həddindən artıq baha başa gəldiyinə əmin oldunuzmu?”



Oxşar Yazılar