XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 23:26

İnformasiya savaşı – Hansı ölkə daha çox pul xərcləyir?

casus

Hərbi və kəşfiyyat sahəsində kibertəhlükəsizlik üzrə hansı ölkələrin öndə olduğu açıqlanıb.

«Zecurion Analytics» şirkətinin hesabatına görə, «ilk beşlik»də ABŞ, Çin, Britaniya, Cənubi Koreya və Rusiya yer alıb.

Hesabata görə, bu ölkələr həmin qurumlardan casusluq, informasiya müharibəsi və kiberhücumlar kimi, məqsədlər üçün istifadə edirlər.

Siyahının lideri olan Birləşmiş Ştatların 9 min nəfərdən ibarət «kiberqoşunu» var. Vaşinqton bu quruma 7 milyard dollar xərcləyir.

Çin 20 min nəfərlik heyəti 1,5 milyard dollarlıq büdcə ilə saxlayır.

Britaniyada bu sahədə 450 milyon dollarlıq büdcə ilə 2 min mütəxəssis işləyir.

Cənubi Koreya 700 nəfərlik heyətə 400 milyon dollar ayırır.

Rusiyanın isə məlum məqsədlərçün ayırdığı büdcə 300 milyon dollardır. Bu büdcə ilə 1000 nəfərlik mütəxəssis qrupu saxlanılır.

Bu sahədə ən az işçi (800 nəfər) saxlayan ölkə Fransa, ən az maliyyə ayıran ölkə isə İsraildir (150 milyon).

Gültəkin



Oxşar Yazılar