XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 17:40

İranın sabiq prezidenti Rəfsəncaninin dəfninə izdiham toplaşıb
_93337170_iranfuneral1
Yüz minlərlə iranlı Tehranda sabiq prezident Əkbər Haşemi Rəfsəncaninin dəfninə toplaşıblar.

Dəfn mərasimində Ayətullah Əli Xameneyi namaz qılıb.

1989-cu ildən 1997-ci ilə qədər qədər prezident vəzifəsini yerinə yetirən Rəfsəncani ürək tutmasından sonra bazar günü 82 yaşında vəfat edib.

O, 1979-cu ilin inqilabından sonra İranın ən nüfuzlu liderlərindən biri olub. Əvvəllər sərt hökmlərinə görə tənqid edilsə də, Rəfsəncani daha sonra islahatçıların ən mühüm dəstəkçilərindən biri olub.

Üç günlük matəm bazar ertəsi başlayıb.

Dəfn mərasimində çox sayda islahatçının və Rəfsəncaninin son illərdə dəstəyini itirdiyi mühafizəkarların iştirakı gözlənilir.

Dövlət televiziyası cənazə namazının qılındığı Tehran universitetində böyük izdihamın toplandığını göstərib.

Dəfn mərasimində iştirak edənlər üçün pulsuz avtobus və metro təmin edilib.

Mərasimlə əlaqədar qara bayraqlar və Ali dini lider və Rəfsancaninin fotolarının birgə gülümsədiyi fotolar asılıb.

Sabiq prezident İranın inqilabçı lideri Ayətullah Xomeyninin yanında basdırılacaq.

Əkbər Haşemi Rəfsəncani (2011)Rəfsəncani hazırkı prezident Həsən Ruhaninin əsas dəstəkçilərindən biri idi

Rəfsəncnai hazırkı prezident Həsən Ruhaninin əsas dəstəkçilərindən biri idi və həmçinin İranın nüvə proqramı üzrə dünyanın nüfuzlu ölkələri ilə razılaşmanı dəstəkləyirdi.

Bazar günü Tehranda həkimlər Rəfsəncaninin həyatını qurtarmaq üçün mübarizə aparanda prezident Ruhani onun yatağının yanında idi.

Daha sonra cənab Ruhani bildirib ki, “İslam dəyərli xəzinəsini, İran dahi generalını, İslam inqilabı cəsarətli bayraqdarını və İslam sistemi isə nadir aqilini itirib”.

Ayətullah Əli Xameneyi dəfn mərasimində namaz qılıbAyətullah Əli Xameneyi dəfn mərasimində namaz qılıb
Bazar ertəsi insanlar Rəfsəncanini tabutuna toxunmaq üçün Tehran məsçidinə yığışmışdılar (9 yanvar 2017)Bazar ertəsi insanlar Rəfsəncanini tabutuna toxunmaq üçün Tehran məsçidinə yığışmışdılar

Dünyanın hər yerindən başsağlığı müraciətləri gəlib, lakin bir çox iranlı sosial mediada Rəfsəncanini insan haqları repressiyalarına görə tənqid ediblər.

Rəfsəncaninin dövründə İranın əsas düşməni olan ABŞ Dövlət Departamenti, sabiq prezidenti “görkəmli şəxs” adlandıraraq onun ailəsinə başsağlığı mesajı göndərib.

Rəfsəncaninin 46 yaşlı kiçik oğlu Yasir atasının yasına gələnlərə “sədaqət və nəzakət” üçün təşəkkür edib.

O dövlət televiziyasına deyib: “Mən inana bilmədiyim sevgi səhnələri görürəm. İnsanların atamıza duaları bizim ürəklərimizi ovundurur”.

(bbc azəri)



Oxşar Yazılar