XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

28 Dekabr 2016 - 00:27

İsmayıllı polisi haqda şok iddia.Həyat yoldaşımı şərləyiblər.Video

polis-sekil

İsmayıllı sakinləri Kend.info-ya geniş video müsahibə veriblər.Şikayətçilər İsmayıllı polisinin onların başına açdığı oyunlardan bəhs edirlər.Qeyd edilən müsahibəni əvvəl qısa şəkildə,daha sonra isə olduğu kimi video halında dəyərli izləyicilərimizə təqdim edirik.Buna görə də ölkə ictimaiyyətindən və dəyərli izləyicilərimizdən artıq dərəcədə xahiş edirik ki,əsas olaraq video müsahibəni dinləsinlər.Beləliklə.

 

      Müstəntiq Cəlal Abdullayevə tələb olunan pulu verə bilmədim.

 

Şikayətçinin söylədikləri.Mən Hüseynova Rəhilə Cəfər qızı İsmayıllı rayon sakiniyəm.Bu ilin (2016) ci ilin avqust ayının 13-də,günün ikinci yarısı başımıza gələn oyun barəsində danışmaq istəyirəm.Əvvəlcə qeyd edim ki,olduqca kasıb bir vəziyyətdə yaşayırıq.Həyat yoldaşım Hüseynov Mehman Qəhrəman oğlu xəstə adamdır.Onda sinəsində anadangəlmə problem olduğu üçün təngənəfəsdir.Ancaq bütün bunlara baxmayaraq orda-burda xırda işlərlə məşğul olaraq,ailəyə üç-beş manat pul gətirirdi.İsmayıllıda Orman restoranı deyilən ərazidə balaca bir yer düzəldərək meyvə-tərəvəz satırdı.Yoldaşımın yanında ət satılan yer və təndirxana da var idi.Mehman orada olan bütün yoldaşlarla mehriban dolanırdı.Avqust ayının 13-də günortadan sonra eşitdim ki,Mehmanı polisə aparıblar.Mən əlaqə saxladım dedilər ki,problem yoxdur.Alver etdiyi yerdə təndirxanada işləyən xanımın azyaşlı uşağı onunla birgə çaya çimməyə gedib,buna görə anası şikayət edib ki,məndən icazəsiz uşağımı niyə çaya aparmısan,polis buna görə çağırıb danlayıb bir azdan buraxacaqlar.Bu minvalla Mehmanı məhkəmənin qərarı olmadan beş gün polisdə saxladıqdan sonra Şəkiyə təcridxanaya göndərdilər.

 

***

Bundan sonra mən yoldaşımın istintaqını aparan Cəlal Abdullayevlə əlaqə saxladım.Müstəntiqin sözündən belə çıxdı ki,yoldaşım Mehman azyaşlını çaya başqa məqsədlə aparıb və ona təcavüz edib.Mən şoka düşdüm.Axı belə şey ola bilməzdi.Tanıdığı uşaqdır.Mehmanda təngənəfəslik var.Hava isti olub,Mehman çaya sərinləmək üçün gedib.Həmin an qeyd olunan uşaq da orada olub və deyib ki,Mehman əmi mən də səninlə getmək istəyirəm o da deyib gedək.Sonradan anası uşağın evə gec gəldiyini görüb həmin yerə gedib və eşidəndə ki,uşaq çaya çimməyə gedib,hay-küy salıb ki,niyə icazəsiz aparmısınız?Əslində mən ananı qınamıram.Çünki ötən il onun bir oğlu da intihar edib.Yazıq uşaqların üstündə yarpaq kimi əsir.

 

***

Uzun sözün qısası yoldaşımı İsmayıllı polisində döyüblər və ağ kağıza imza atdırıblar.Mənim yaxın qohumum mənimlə görüşüb dedi ki,Cəlal Abdullayev deyir ki,on beş min olsa bu məsələni həll etmək olar.Mən çarəsiz qalıb həyətimi satışa qoydum.Ancaq həyətimi sata bilmədim.Günlərin birində Cəlal Abdullayev dedi ki,sən hər yerdə demisən ki,polis bizdən pul istəyir,buna görə də iş böyüyüb biz heç bir şey edə bilmərik.Beləcə yoldaşımın torbasını tikib işi göndərdilər məhkəməyə.Dekabr ayının 22-də Şəki ağır cinayətlər məhkəməsinin hakimi Xəqani Səmədov yoldaşıma on üç il altı ay-13 il 6 ay həbs verdi.Bu ədalətsizlikdir.Mənim yoldaşımın əlli yaşı var.Bizim dörd övladımız,dörd nəvəmiz var.Ümumiyyətlə,yoldaşım bu yolun yolçusu olmayıb.Deməli mən Cəlala on beş min pulu versəydim,onda yoldaşım bu işi etmiş olsa da ən qeyrətli kişi kimi həbsdən azad olunacaqdı eləmi?Mənim yoldaşımı şərləyiblər.Mən üzümü dövlət başçısı cənab İlham Əliyevə tutub,ondan kömək istəyirəm.Adam kasıb olanda belə tapdalayırlar?Məgər bizim allahımız yoxdur?Allah bu şərinə görə müstəntiq Cəlal Abdullayevə inşallah göydən bəla endirəcək.Nəvəli bir yaşlı kişiyə görün nə şər yaxıblar.Ortalıqda şikayətçi yoxdur,uşağın üzərində heç bir xəsarət aşkar olunmayıb,ekspertdən də salamat çıxıb,ancaq pula görə yoldaşıma belə ağır cəza kəsdilər.Mən bu işi belə qoymayacağam.Axıra kimi mübarizəmi aparıb,günühkarları ifşa edəcəyəm.

 

      Azyaşlının anası.Bu barmaqlarımla Cəlalın paqonlarını sökəcəyəm.

 

Mən sözü gedən azyaşlının anasıyam.Əsədova Zülfiyyə Əliistan qızı İsmayıllı sakiniyəm.Oğlumun on iki 12 yaşı var.Mən Mehman Hüseynovun işlədiyi yerdə təndirxanada işləyirəm.Mehmandan heç bir hörmətsizlik,artıq hərəkət görməmişəm.Həmişə başı aşağı bir adam olub.Mehman hamı ilə mehriban olub.Mən əsəbləşib şikayət etmişəm ki,keçən il bir övladımı itirmişəm,daha övlad itirmək istəmirəm.Niyə məndən icazısiz övladımı çaya aparıb?Mən polisdə şikayətimdə də yazmışam,ki,bəlkə övladım çayda batardı,boğulardı,kim cavab verəcəkdi?Polis isə götürüb başqa cür yazıb.

***

Mən çaya gedib oğlumu səslədim və uşaq həmən yanıma gəldi.Soruşdum ki,nə olub,dedi ki,ana heç bir şey olmayıb,çimirdim.Sonradan polisdən gəldikdən sonra uşağı çimizdirmişəm və onda hansısa xəsarətin olduğunu görməmişəm.Uşaq heç bir şeydən şikayətçi deyildi,mənə deməyib ki,belə şey olub.Müstəntiq Cəlal Abdullayev övladımın gələcəyi ilə oynayır.Ağzına gələni ittihama yazıb.İndi Cəlal dediyi kimi uşağın başına açılanları sübut edə bilməsə,mən bu barmaqlarımla onun paqonlarını sökəcəyəm.Belə özbaşnalıq olar?Mən nə yazmışam,polis nə edib?Mən qəti şəkildə etiraz edirəm.Mənim övladıma Mehman Hüseynov heç bir şey etməyib.Sadəcə o,çaya gedəndə oğlum da orada olub və deyib ki,Mehman əmi mən də gedim,Mehman da onu özü ilə aparıb.Mən sonradan şikayətimi geri götürdüm,məhkəmədə də dedim ki,övladıma heç bir şey olmayıb,şikayətçi deyiləm.Mehmanı nahaq yerə 13 il,6 ay həbs etdilər.Əgər Mehman uşağıma qarşı deyilən hərəkəti etsəydi,mən şikayət etməzdim,özüm onu öldürərdim.Ancaq bir allah şahiddir ki,onun günahı yoxdur.Onu İsmayıllı polisi,müstəntiq Cəlal Abdullayev şərləyib.Mən dövlətimizin əlaqədar qurumlarından xahiş edirəm ki,bu işə xitam verilsin və Mehman Hüseynov dərhal həbsdən azad olunsun.Onun heç bir günahı yoxdur.İsmayıllı polisi övladımın gələcəyini şübhə altına,təhlükə altına salır.Olmayan bir şeyi camaatın üstünə yıxmaqla ailəmizə düşmən qazandırırlar.Mən bir daha Mehman Hüseynovun azad olunmasını tələb edirəm.O,günahsızdır.

 

Redaksiyadan:Yazıda adları çəkilən bütün tərəflərin,şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq.Mövzu ilə bağlı araşdırmalarımız davam edir.Sonda daha ətraflı müsahibə olan video müsahibəni izləməyi unutmayın.

 

Kend.info



Oxşar Yazılar