XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

15 İyul 2016 - 15:41

Ismayıllı polisi haqqında şokedici fakt

polisSon vaxtlar respublikanın bir sıra şəhər və rayonlarında polis idarələrində insanlara qarşı işgəncə faktları ilə bağlı kiv-də xeyli materiallar dərc edilməkdədir.Bu sırada işgəncə nəticəsində ölüm hallarının baş verməsi də istisna olunmur.Belə işgəncə haqqında Kend.info olaraq ilginc məlumat almışıq.İsmayıllı rayonu Kürdmaşı kənd sakini İsmayıllı polisində başına gətirilən müsibətlər barəsində elektron poçtumuza məlumat göndərib.Həmin məlumatı dəyərli izləyicilərimizə təqdim edirik.

 

Mən Usubov Ağakərim Mirzə oğlu.İsmayıllı rayonu Kürdmaşı kənd sakini.

13 aprel 2016-cı ildə təxminən saat 21 radələrində kəndimizdə yerləşən çayxanada oturmuşduq.Mənlə bərabər qardaşım uşaqları Mirzəli Rüfət,Usubov Cəmil,Usubov Raqub,Usubov Rahib çay içirdik.Həmin vaxt əvvəllər tanımadığım Şamaxı sakinləri də yol keçərkən oturduğumuz çayxanaya çay içmek üçün düşdülər.Bir qədər oturduqdan sonra mən onlardan ayrıldım.Sonradan eşitdim ki,həmin çayxanadan bərk səs gəlir.Gedib gördüm ki,qardaşım uşaqları ilə şamaxılılar dalaşırlar.Mübahisə barədə kimsə 102 xidmətinə məlumat vermişdi.Polisdən əməliyyat qrupu gələrək dalaşanları həbs edib polisə apardılar.Polis rəisi və istintaq bölməsinin rəisi Rasim Məmmədov da hadisə yerindəydilər.Mənə heç bir səbəb izah olunmadan,günahım olmadan məni terrorçu  kimi tutaraq polis idarəsinə apardılar.Əsil hadisə bundan sonra baş verdi.İki gün yarım məni təcridxanada  yox,şöbənin padvalında ac-susuz saxlayaraq mənə işgəncə verdilər.Polis əməkdaşı Vahid Məhərrəmov və Rasim Məmmədov mənim onları tanıdığımı deməyimi istədi.Mən onları tanımadığımı bildirdim.Onlara məhkəmə qərarı olmadan məni qanunsuz saxladıqlarını bildirdim.Bundan sonra mənə “dur gəl,indi səni buraxacağıq” dedilər.Mən bunlarla bərabər çıxdıqda yanıma bir neçə polis nəfəri gələrək qoluma qandal vurmaq istədilər.Mən günahsız olduğumu deyərək,hüqüqlarımı tapdaladıqlarını onlara bildirdikdən sonra məni məhkəməyə apardılar.Məhkəmədə heç bir danışıq olmadan,heç bir sənədə imza atdırmadan,sifarişlə mənə 12 sutka həbs cəzası verildi.Əlavə olaraq bildirirəm ki,iki sutka yarım yatmağımı həmin sutkadan çıxmadılar.Ümumilikdə məni 14 sutka yarım polis şöbəsində günahsız yerə saxladılar.Sutkada yatdığım zaman istintaq bölməsinin rəisi Rasim Məmmədov bir neçə dəfə yanıma gələrək “neyləyim,sənə cinayət işi açım”sualı ilə mənə müraciət edirdi.Hətta şamaxılılar da Ağakərimin günahı yoxdu desələr də,məni nahaqdan hədələyərək məndən pul tələb etdilər.Vəziyyətin nə həddə olduğunu anlayaraq Rasim Məmmədovun məndən tələb etdiyi 5000 azn pulun qarşılığında 3000 azn-lə razılaşdıq.Mən ailəmə xəbər etdim.Oğlum ailəmə məxsus qızılları İsmayıllı rayonunda yaxın qohumum Şahin İsgəndərovun adı ilə qızıl dəyişmə kimi fəaliyyət göstərən lombard mağazasında girov qoyaraq həmin məbləği götürüb öz otağında Rasim Məmmədova verdim.Mən yeni Azərbaycan partiyası qurulduğu gündən onun üzvüyəm.Mən bunu polis əməkdaşı Vahid Məhərrəmova bildirsəm də o,məni də,YAP-ı da nalayiq söyüşlərlə təhqir etdi.

Mən bütün bunlara görə möhkəm sarsıntı keçirmişəm.İsmayıllı polisinin qanunsuz hərəkətləri,vəhşiliyi səhhətimdə ciddi izlər buraxıb.Mən dövlət başçısından,daxili işlər nazirindən,baş prokurorluqdan baş verənlərin ciddi şəkildə araşdırılmasını xahiş edirəm.İsmayıllı polisi son dərəcə azğınlaşıb.İnsanlarla qanun çərçivəsində deyil,cəngəllik qaydalarında olduğu kimi davranırlar.Günlərin birində İsmayıllı polisində ölüm hadisəsi baş versə,onda mənim dediklərim öz təsdiqini tapmış olacaq.Buna görə də nə qədər ki,belə bədbəxt hallar baş verməyib,vaxtında ölçü götürülsün.Pul əldə etmək üçün burada günahın oldu,olmadı olmazın işgəncələrə məruz qalırsan.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləyib dərc etməyə hazırıq.vesiqiə

Kend.infoadam



Oxşar Yazılar