XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

01 Avqust 2016 - 19:12

İsmayıllı sakini prezidentdən əlli manat borca pul istədiVİDEO

Sadiqİsmayıllı rayonu Bizlan kənd sakini Sadiq Əliislam oğlu Məmmədov Kend.info saytına ilginc müsahibə verib.Sadiq Məmmədov müəllimdir.O, Bizlan kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi vəzifəsində işləyir.Sadiq Məmmədovun şikayəti İsmayıllı rayon məhkəmə icraçıları,Ziya Şirinov və Rahim Mustafayev barəsindədir.Həmin müsahibəni yazılı və videogörüntülü şəklində dəyərli izləyicilərimizə təqdim edirik.

Mən Məmmədov Sadiq Əliislam oğlu, İsmayıllı rayonu Bizlan kənd sakiniyəm.Bizlan kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi vəzifəsində işləyirəm.Məndən 2013-cü ildə tanışım Adil Hacıyev adında olan bir şəxs borc olaraq on min beş yüz manat (10500) pul aldı.Mən əvvəlcə bu pulu ona vermək istəmirdim.Müəllim kollektivimiz mənə dedi ki,Adilin vəziyyəti yaxşı deyil,onun həyat yoldaşı əməlliyyat olunmalıdır.Mən də deyilən məbləği ona verdim.Aradan xeyli vaxt keçməsinə baxmayaraq Adil Hacıyev məndən borc adı ilə aldığı pulu geri qaytarmadı.Mən bu işlə bağlı İsmayıllı rayon məhkəməsinə müraciət etdim.İsmayıllı məhkəməsi 06 noyabr 2015-ci il tarixli,2(037)-1056 saylı qətnamə qəbul edərək borcun tam şəkildə ödənilməsi ilə bağlı mənim xeyrimə qətnamə qəbul etdi.Məhkəmənin qətnaməsinin icraata yönləndirilməsi ilə bağlı 16 dekabr 2015-cı il tarixli,2(037)-1056/15 saylı icra sənədi üzrə çıxarılmış 17 dekabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti məlumat üçün mənə göndərilmişdir.Ancaq çox təəssüf ki,İsmayıllı məhkəməsinin dövlətin adından çıxardığı qətnaməsi icraçılar Ziya Şirinov və Rahim Mustafayev tərəfindən icra olunmur.İcraçılar əksinə qarşı tərəflə anlaşaraq qərarı saxtalaşdırıb,xeyli müddətdən sonra baxılması üçün Şəki apelyasiya məhkəməsinə göndərmişlər.20 iyun 2016-cı il tarixində mənə Şəki apelyasiya məhkəməsinin hakimi Vidadi Qasımov tərəfindən məhkəmə bildirişi daxil olmuşdur.Bildirişdə qeyd olunur ki,09 avqust 2016-cı il tarixində saat 11:00-da Şəki apelyasiya məhkəməsində işə yenidən baxılacaqdır.Görürsünüz,aradan altı ay keçməsinə baxmayaraq,hansı ki,apelyasiya müddəti də bitib saxta sənəd əsasında məhkəmə qururlar.Bütün bunları mənim başıma İsmayıllı rayon məhkəmə icraçıları açır.Mən Rahim Mustafayevdən işi tələb edəndə məndən əlli manat (50) pul istəyir.Deyir ki,bu işə Bərdə regional ədliyyə idarəsi baxacaq.Rahim Mustafayev məni Bərdəyə regional idarəyə hansısa müstəntiqin yanına aparmaqla güya ki,işi təfsilatı ilə başa salmağa çalışır.Adil Hacıyevin qaynatası Hacıbala adlı şəxs Qəbələ rayonunun Bayramkoxa kənd sakinidir və Qəbələ vergilər idarəsində işləyir.Bu adam ehtimal var ki,icraçılara rüşvət vermək müqabilində belə saxtakarlığa nail olub.Adil Hacıyev məndən əlavə Bizlan kəndində otuz səkkiz (38) nəfər şəxsə külli miqdarda pul atıb.Bu adam haqqında haralara müraciət olunsa da tədbir görən yoxdur.Qanunu pozan əzizlənir,haqqında cəza tədbiri görülmür,ancaq mən halal haqqımı istədiyimə görə məndən icraçılar əlli manat (50) pul istəyirlər.

 

Prezidentə üz tuturam.

Mənim əlacım hər yerdən üzülüb.İsmayıllıda məhkəmə qərarını saya salan yoxdur.Deməli dövlətə də hörmət yoxdur.Əgər icraçılar dövlətimizə,dövlətçiliyə hörmət qoysaydılar onda dövlətin adından çıxarılmış qətnaməyə hörmətlə yanaşar və onu icra edərdilər.İndi nə edək vəziyyət belədir.Buna görə də mən üzümü Prezidentə tutub deyirəm.Cənab prezident,mən çox kasıb vəziyyətdə yaşayıram.Övladımın biri tələbə,digəri isə xəstədir.Cənab prezident,eşitdim ki,yaxın günlərdə İsmayıllıya səfər edəcəksiniz.Sizin gəlişinizi səbirsizliklə gözləyirəm.Mən burada ünvanımı da yazmışam.Yaxşı olardı ki,siz İsmayıllıya gəlişiniz zamanı sadə camaatla görüşüb dərdlərini dinləyəsiniz.Çünki sizin qarşınıza çıxarılan adamlar həmişə olduğu kimi eyni adamlardır və hamısının vəzifəsi və külli miqdarda var-dövləti var.Cənab prezident mən bilirəm ki,siz hamını yaddaşınızda saxlaya bilməzsiniz.Bəli,məmurları,imkanlı adamları sadə insanlar kimi qarşınıza çıxarıb sizə təqdim edirlər.Əgər siz sadə camaatla dərdləşsəniz görərsiniz ki,sizin rəhbərlik etdiyiniz məmləkətdə nə qədər haqsızlıqlar var və sizi təyin etdiyiniz məmurlar necə aldadır.Cənab prezident,sizin ədalətli adam olduğunuza inanıram.Buna görə də sizdən artıq dərəcədə xahiş edirəm ki,mənə əlli (50) manat borca pul verəsiniz.Əgər imkan olmasa rica edirəm ünvanıma göndərəsiniz.Axı mən sizin seçicinizəm və ailəliklə sizə səs vermişəm.Bu pulu mən məhkəmə icraçılarına verəcəm.Bəlkə onda mənim işimə ədalətli şəkildə yanaşdılar.Cənab prezident,mən sizin ünvanınıza bir neçə gün bundan əvvəl iyul ayının 29-da teleqram da vurmuşam.Bir daha qeyd edirəm ki,mən sizdən pulu borca istəyirəm.İmkan olan kimi borcunuzu qaytaracam.Xahiş edirəm məni bağışlayın və düzgün başa düşün. Məni buna İsmayıllı rayon məhkəmə icraçıları vadar etdilər.

 

Redaksiyadan:Yazıda adları keçən bütün şəxsləri,tərəfləri dinləyib onların fikirlərini dərc etməyə hazırıq.

 

Kend.info



Oxşar Yazılar