XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 10:50

İsmayillida əhali işsizlikdən əziyyət çəkir.Rəhbərlik isə yalandan yeni iş yerlərindən dəm vururVideo

sekil-tikis

Hərdən dədə-babaların ləyaqət,insan təəssübkeşliyi,comərdlik,dürüstlük kimi mənəvi dəyərlərə necə sadiq qalmaları kimi keçmişlərinə nəzər salanda hazırki nəslin necə cılız vəziyyətdə ömür sürməsi adamın gözünə girir.Babalarımız yalan danışmağı ən günah,ən mənəviyyatsız iş kimi qiymətləndirərdilər.Yalan danışan adama allahsız,cəmdək,canlı meyid kimi baxardılar.Bəli,qartal babalarımız olub.Ancaq çox təəssüf ki,bu gün sərçə nəvələr törəyiblər.Bu gün qatığa qaradır deyərək dirəşən adamlarımız var.Cəmiyyətimizdə mənəvi dəyərlər aşınıb.İnsanlar sanki dəyərsizləşib.Qeyrət,vicdan,comərdlik,haqqa üstünlük vermək və sair kimi dəyərləri qeyrətsizlik,vicdansızlıq,ləyaqətsizlik,yaltaqlıq üstələyib.Bu gün Azərbaycanımızda yalan danışmaq,haqqı danmaq,üzə durmaq,yaltaqlanmaq kimi keyfiyyətlərə malik olan şəxslər cəmiyyətdə ən üstün mövqelərə sahiblənə biliblər.Bu gün irəli getmək istəyən şəxs,vəzifəcə yüksəlmək istəyən şəxs,mütləqdir ki,yalan danışmağı,yaltaqlanmağı,üzə durmağı,yetim malını yeməyi bacarmalıdır.Bunu bacarmırsansa deməli,irəli gedə bilməzsən.Çox təəssüflər olsun ki,Azərbaycan xalqının taleyini belələrinə tapşırıblar.Elə isə keçək mətləbə.

 

***

İsmayıllıda yalanı birbaşa rəhbərlik danışır.

 

Artıq neçə ildir ki,İsmayıllıda rəhbərlik səviyyəsində yalanlara,nağıllara qulaq asmağa məhkum olmuşuq.Şirin nağıllarla əhalini yuxuya vermək istəyənlər,başa düşmək istəmirlər ki,ac insanı yuxuya vermək mümkün deyil.Başa düşmək istəmirlər ki,insanlara şirin vədlər deyil,real olan şeylər lazımdır.Fakt olan budur ki,İsmayıllıda düz dörd ildir ki,yalan ayaq açıb yeriyir.Rayon rəhbərliyi hətta dövlət başçısını aldadaraq ona yalan danışır ki,İsmayıllıda onlarla yeni iş yerləri açılıb.Əslində isə bütün qeyd edilən iş yerlərinin qapısının üstündə məmurların başı boyda qıfıllar var.Rayona rəhbərlik edən üzdən iraqlar əhalini şantaj edərək deyirlər ki,İsmayıllı camaatı tənbəldir işləmirlər,hazıra nazirdirlər və sair sərsəm-sərsəm fikirlərlə əhalini aşağılayırlar.Utanmaq,çəkinmək mənəvi dəyərdir.Ən azından insan özü haqda mənfi fikrin formalaşmasına imkan verməməlidir.Ancaq görün bunlar nə deyirlər?İsmayıllıda rəhbərlik insanların üzünə ağ yalan deyir.Deyir ki,rayonda iş yerləri var və insanlar qaz vurub,qazan doldururlar.Kim ki,hardasa yazır ki,iş yerləri yoxdur.Yaltaqlanmağı özünə peşə etmişlər,həmin şəxsi top atəşinə tuturlar.Bu gün İsmayıllıda düz söz danışanlar,əhaliyə yönəlik danişanlar,rəhbərliyin səhvlərini ifşa edənlər sosial şəbəkələrdə və sair yerlərdə təhqir olunurlar.Bu məsələ üzərində çox dayanmaq istəməzdik.Çünki hər kəs etdiyi hərəkətlə,birbaşa tərbiyəsini ortaya qoymuş olur.Həm də izləyək,kimin kim olduğunu bilək.Çünki yaxın gələcəkdə lazım olacaq.Sonda isə İsmayıllıda iş yerlərinin olmamasını sübut edən daha bir faktı dəyərli izləyicilərimizə təqdim edirik.İsmayıllı tikiş fabriki.Bu fabrik yalnız yeni dərs ilinin başlanğıcında və təxminən üst-üstə il ərzində qırx ya əlli gün işləyir.İlin qalan vaxtlarını isə bağlı qalan bu fabrik barəsində rayonun icra başçısı hər il illik hesabatında cənab prezidenti aldadır.Cənab prezidentə məlumat verilir ki,fabrik işlək vəziyyətdədir.Elə bir neçə gündən sonra da eyni hesabatda yenə bu fabrik işlək vəziyyətdə olmasi kimi göstəriləcək.Bəli,bu da növbəti fakt.

 

Redaksiyadan:Mövzu ilə bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.

 

Kend.info.Araşdırma monitorinq qrupu.

 



Oxşar Yazılar