XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

12 Yanvar 2017 - 10:50

İsmayıllıda gənclər hərbi xidmətdən yayındırılır?

Ismayilli sekil 1

Kend.infonun elektron poçtuna İsmayıllı rayon səhiyyəsindən informasiya daxil olub.Mənbə göndərdiyi informasiyada rayon təhsil şöbəsi və uşaq poliklinikasının rəhbərliyini sərt şəkildə tənqid edir.İnformasiyada göstərilir ki,bu iki qurum uzun illərdir ki,vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək həm dövlət büdcəsinin vəsaitlərini mənimsəyir,həm də gələcəkdə gənclərin hərbi xidmətdən yayınmasına səbəb olurlar.

***

Rayon təhsil şöbəsində araşdırılma aparılsa burada fərdi təhsilin əslində formal xarakterli olduğu üzə çıxar.Uzun illərdir ki,fərdi təhsil adı altında təhsil şöbəsinin rəhbərliyi böyük maliyyə vəsaitlərinin başına daş salır.Burada qanunsuzluq o həddədir ki,müəyyən məbləğlərdə rüşvət ödəməklə istənilən valideyn övladını fərdi təhsil kimi yazdırır.Əslində isə adlarını fərdi təhsilə yazdırmış şəxslərin bir marağı var.Gələcəkdə övladlarını bu və digər yollarla hərbi xidmətdən yayındırmaq.Qanunda yazılıb ki,fərdi təhsili ev şəraitində yalnız fiziki qüsuru olanlar almalıdır.Bunun üçün onlara dərs deyən müəllimlərə dövlət tərəfindən müəyyən müavinətlər verilir.Ancaq araşdırıb baxsaq görərik ki,adını təhsildə fərdi kimi yazdıranların çoxu məktəbə davamiyyət xatirinə gedir.Rayonumuzda təhsil sahəsində xeyli özbaşnalıqlar mövcuddur ki,bunun qarşısını alan tapılmır.

***

Sağlam uşaqların fərdi təhsilə yazdırılmasında  ən böyük məsuliyyət sahiblərindən biri də rayon uşaq poliklinikasının müdiri Vidadi Rəhimovdur.Bu adam şəxsi mənfəəti hesabına sağlam uşaqları xəstə kimi sənədləşdirir.Bəli,poliklinika müdiri Vidadi Rəhimovla,təhsil müdiri Rasim Orucov əlbirdirlər.Vidadi həkimin bu hərəkəti bu sonluqla nəticələnir ki,qeyd edilən uşaq böyüyür və hərbi xidmət vaxtı çatdıqda yararsız adıyla hərbidən yayındırılır.Məsələ ilə bağlı əlində arayış olduğu üçün rayon səfərbərlik idarəsi heç bir tədbir görə bilmir.Əgər araşdırılsa İsmayıllıda yüzlərlə gənc var ki,sağlam ola-ola belə qaranlıq yollarla hərbi xidmətdən yayınıb.Bu məsələ diqqətlə incələnməlidir və ciddi tədbirlər görülməlidir.Respublikada ən çox əlil uşaq İsmayıllıdadır.Bəli,Vidadi həkimin rəyini nəzərə alsaq,ən çox əlil,fiziki qüsurlu uşaq İsmayıllı rayonundadır.Hansı ki,o uşaqların 90 % sağlamdır.Mən xahiş edirəm ki,bu fikrimi avantura hesab etməyəsiniz.Saytınıza da ona görə müraciət etdim ki,rayon təhsil şöbəsinin,uşaq poliklinikasının,dərinə getsən hərbi həkim komissiyasının oynadığı qanunsuz oyunlardan xəbəriniz olsun.Bu gün hərbi xidmətdə olmayan gənclik sabah necə ailəsinə sahib çıxa bilər?Həmin ailəsinə sahib çıxa bilməyən gənc,istər-istəməz yaşadığı ərazinin rəhbərliyinə baş ağrısı deyilmi?Nədən ötrü belə edirlər?Ona görəmi ki,Vidadi Rəhimovla,Rasim Orucov pul qazanacaqlar?Mən dövlətimizin əlaqədar qurumlarından xahiş edirəm ki,bu məsələni ciddi araşdırsınlar.Rayon təhsil şöbəsindən fərdi təhsil alanlar haqqında dəqiq siyahı tələb olunsun.Evlərdə fərdi dərs deyən müəllimlərin dəqiq sayı,kimliyi,kimin adamı olduğu araşdırılsın.Eləcə də uşaq poliklinikasının müdiri Vidadi Rəhimovun fəaliyyəti yoxlanılsın və əlil uşaqların dəqiq sayı və diaqnozları yenidən qoyulsun.Ümidvaram ki,son vaxtlar respublikada populyarlıq qazanmış saytınız bu məsələnin üzərinə inamla gedəcək və nəticə əldə olunacaqdır.Təşəkkür edirəm.İmza el həkimi.

 

Redaksiyadan:Mövzu ilə bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.Hesab edirik ki,həm Vidadi həkim,həm də Rasim müəllim rayonda kifayət qədər nüfuza malik şəxslərdir.Mövzu ilə bağlı araşdırmalarımız davam edir.Bu məsələ eyni ilə rayon səfərbərlik idarəsinə də aid olduğu üçün hesab edirik ki,onların da mövqeyi kiv-olaraq bizlərə maraqlı olardı.

 

Kend.info.Məktublar şöbəsi.



Oxşar Yazılar