XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

12 Yanvar 2017 - 14:28

İsmayıllıda Girdiman çayının yatağında tikilmiş əsaslı tikintilər qeyri qanunidir.Sərəncam

Ismayilli sekil 1

Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmuş Sədi Şirazinin “Gülüstan”əsərindən qısa bir əlavə ilə yazımıza başlamaq istəyirik.

Sədi hansı peşə ilə məşğul olmasından asılı olmayaraq bütün insanları düzlüyə çağırmışdır.Onun fikrincə düzliklə şalışan adama zaval yoxdur.Əyri işlərlə məşğul olan adamlar isə hər şeydən qabaq özlərinə pislik etmiş olurlar.O yazır:

 Düzlüyü çox sevər taleyi yazan,

Görmədim düz yolda yolunu azan.

“Gülüstan”əsərində dostluq məsələsinə də çox yer verilmişdir.Sədi o,adamı yaxşı dost hesab edir ki,o dostunun nöqsanını üzünə deyir və bu qüsürların aradan qalxmasına kömək edir.Şair nöqsan gizlədən dostdansa,nöqsanı göstərən düşməni üstün tutur.Şair deyir:

O,dostdan həmişə şikayətim var,

Ki,yaxşı deyərlər pisimə onlar.

Təbii ki,bu yazdıqlarımız günümüzdə cərəyan edən hadisələrə,bu hadisələrin meydana çıxmasında rol oynayan şəxslər və onların yaxın ətrafında dolaşanlara aiddir.Çünki bəzən vəzifə,pul,var insanın başını gicəlləndirib,gözlərini dumanlandırır.Ancaq həyata açıq gözlə baxmağı bacaran,yaxşı mənada həyatda öz baxış bucağı olan şəxslər gərək hər-hansı insanın uçuruma getməsinə imkan verməsinlər.Bəli,əsl dost,yoldaş düzü-düz kimi deməli,izah etməlidir.Çünki cəmiyyət düzlüyün üzərində bərqərar olanda bu cəmiyyətlərdə həyat ağrısız-acısız keçir.Keçək mətləbə.

Sekil 1

Sekil 2

Sekil 3

Sekil 4

Sekil 5

Sekil 6

Sekil 7

Sekil 8

Sekil 9

Sekil 10

Sekil 11

Sekil 12

    Özümüzə dost,rayonumuza isə ağsaqqal saydığımız şəxsin növbəti səhvləri yaxud aldadıldığını sübut edən faktlar.

İcra başçısı cənab Mirdaməd Sadıqov inanmırıq ki,bu ahıl yaşında dünyanın malına həris olsun.Ancaq yuxarıda Sədi Şirazinin “Gülüstan”əsərinə xitab etdiyimiz kimi,hörmətli Mirdaməd müəllimin yaxın çevrəsində dolaşanların mütləq əksəriyyəti onun nöqsanlarını dilə gətirməyən və pisə yaxşı deyənlərdir.Gecə gündüz qeyd etdiyimiz şəxslərin Mirdaməd müəllimi tərifləməsi artıq onun hakimiyyət sükanını itirdiyini ortalığa qoymuş oldu.Çünki tərif arxayınçılıq hissini aşılayır.Əslində bütün neqativlər cənab Mirdaməd müəllimin aktivinə yazılır və tarix boyu soruşulduqca danışılacaq sözlər onun haqqında olacaq.Ancaq ətrafda dolaşanlar,yeri gəldi-gəlmədi təriflər söyləyənlər maddi cəhətdən əməlli-başlı varlandılar.Onlar üçün fərq etməz ki,kim hakimiyyət sükanının arxasında əyləşib.Çünki onlar çox Mirdaməd müəllim kimiləri yola salıblar.Atalarımız demişkən bu tipli adamlar,gələnə çəpik,gedənə təpik olublar.Ola bilər ki,hörmətli icra başçısı bizim dediklərimizlə razılaşmaya.Onda sual edirik ki,bütün bu etdikləriniz hansı marağa və hansı zərurətə söykənib?Əcəba ölkənin qanunlarının sizə,İsmayıllıya aidiyyatı yoxdurmu?Yəni hesab edirsiniz ki,ölkənin qanunlarını hamının gözü qarşısında tapdalamaq olar?

Serencam 1

Serencam 1+1

                     Bir xatırlatma.Azərbaycan respublikasının konstitusuyası.

Maddə15.iqtisadi inkişaf və dövlət.

1.Azərbaycan respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

2.Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü (2)iqtisadiyyatın inkişafına şərait yaradır,azad sahibkarlığa təminat verir,iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Cənab Mirdaməd Sadıqov?Girdiman çay yatağındakı fəaliyyət inhisarçılıq deyil ki?

İsmayıllı rayon icra hakimiyyəti başçısının 19 iyul 2013-cü il 138 nömrəli sərəncamına əsasən.

     “Mirakl-Dent” MMC-nə torpaq sahəsinin icarəyə verilməsi barədə

“Mirakl-Dent” Məhdud məsuliyyətli cəmiyyətinin direktoru F.N.Zamanov 07 may 2013-cü il tarixdə 15 nömrəli məktubla rayon icra hakimiyyətinə müraciət edərək İsmayıllı rayonunun Tircan kəndinin ərazisində yerləşən yararsız dövlət torpaq fondu sahəsindən 4(dörd) hektar torpaq sahəsinin idarə binasının inşası,fəhlə və qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması (yataqxana,yeməkxana və s.)məqsədilə icarəyə verilməsini xahiş etmişdir.

  Müraciətə Azərbaycan respublikası fövqəladə hallar nazirliyi sənayedə işlərin təhlükəsizlik görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin 05 mart 2012-ci il tarixli 25/24-01007 saylı,Azərbaycan respublikası meliorasiya və su təsərrüfatı ASC-nin meliorasiya –irroqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsinin 17 noyabr 2011-ci tarixli 01/143 saylı,Azərbaycan respublikası ekologiya və təbii sərvətlər nazirliyinin 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin 19 dekabr 2011-ci il tarixli 417 saylı rəyləri əlavə olunmuşdur.

Bu sərəncam haqqında mənbənin qeydləri:İcra başçısı Mirdaməd Sadıqov “Mirakl Dent”MMC-nə fəhlə və qulluqçuların yataqxana və yeməkxana tikintisi üçün Girdimançay yatağından 4(dörd) hektar torpaq sahəsi ayırmışdır.Aparılan tikintilər heç bir dövlət qurumları ilə razılaşdırılmamışdır.Burada hər bir hektara görə 3000 üç min manat şirkətdən rüşvət alınıb.

       Həmin ərazidə icra başçısının digər sərəncamı.

       İsmayıllı rayon icra hakimiyyəti başçısının 04 noyabr 2013-cü il tarixli 189 nömrəli sərəncamı.

“Mirakl Dent”MMC-nə torpaq sahəsinin icarəyə verilməsi barəsində

“Mirakl-Dent”Məhdud məsuliyyətli cəmiyyətin direktoru F,N,Zamanov məktubla rayon icra hakimiyyətinə müraciət edərək İsmayıllı rayonunun Tircan kəndinin ərazisində yerləşən yararsız dövlət torpaq fondu sahəsindən 4(dörd) hektar torpaq sahəsinin qum-çınqıl karxanasının,daş doğrayan avadanlığın yerləşdirilməsi üçün icarəyə verilməsini xahiş etmişdir.

   Müraciətə Azərbaycan respublikası fövqəladə hallar nazirliyi sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət ağentliyinin 30 avqust 2013-cü il tarixli 25/24-04990 saylı,Azərbaycan respublikası Meliorasiya və su təsərrüfatı ASC-nin Meliorasiya-irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsinin 28 avqust 2013-cü il tarixli 01/110 saylı,Azərbaycan respublikası ekologiya və təbii sərvətlər nazirliyinin 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin 20 avqust 2013-cü il tarixli 28 saylı rəyləri əlavə olunmuşdur.

Serencam 2

Serencam 2+2

Bu sərəncam haqqında mənbənin qeydləri:

İcra başçısı Mirdaməd Sadıqov “Mirakl Dent”MMC-nə daş doğrayan avadanlığın yerləşdirilməsi üçün 4(dörd) hektar torpaq sahəsi ayırmışdır.Ərazidə qanunsuz olaraq başqa tikintilər və göllər yaradılmışdır.Burada hər hektara görə şirkətdən 3000 üç min manat rüşvət alınıb.

Kend.info olaraq qeyd edirik ki,biz sözügedən ərazidə olub video görüntülər əldə etdik.Doğurdan da ərazidə göl,başqa əsaslı tikililər aparılıb.Burada fəhlələrin yeməkxanası,yataqxanası adı ilə tikilmiş tikili yaşayış evinə daha çox bənzəyir.Yəni ərazidə heç də sərəncamlarda deyildiyi kimi iş görülməyib.Mənbənin qeyd etdiyi kimi hər hektardan 3000 rüşvət məsələsinə biz kend.info olaraq heç bir münasibət bildirə bilmərik.Çünki bu məsələ ilə bağlı əlimizdə heç bir sübut-filan yoxdur.Yəni bu iddianın yalan olmasını da istisna etmirik.Ancaq görünən budur ki,çayın yatağında əsaslı tikililər qanuna-zidd olaraq aparılıb.Biz bundan əvvəlki yazımızda da burada böyük heyvandarlıq kompleksinin tikildiyini də qeyd etmişdik.Həmin sərəncamı da dərc etmişdik.Bu dəfəki video çəkilişimizə ərazidəki heyvandarlıq kompleksinin görüntüsünü də əlavə etmişik.

Buradan keçən dövlət rəsmiləri mənzərəni görmürmü?Nazir Kəmaləddin Heydərov cənabları bu yolu tez-tez gedib gəlir.Niyə dönüb bu mənzərəyə baxmır?

Girdiman çayının üstündən körpü ilə demək olar ki,hər gün xeyli dövlət rəsmisi hərəkət edir.Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov bu yoldan daha çox istifadə etməklə Qəbələyə gedib-gəlir.Niyə bircə dəfə dönüb ərazidəki mənzərəyə baxmır?Necə oldu ki,bu ərazilər sabiq icra başçısı Nizami Ələkbərovun gözünə görünmədi?Bəs necə oldu ki,cənab Mirdaməd Sadıqov bu ərazilərə görə sərəncam imzaladı?Ümumiyyətlə,bu ərazidəki şirkət və digər iş adamları ilə cənab Mirdaməd Sadıqovu hansı maraqlar birləşdirir?Qanuna müvafiq oldu-olmadı,ağına-bozuna baxmadan imzalanan,dövlət qurumları ilə razılaşdırılmamış tikililərə görə kim cavab verəcək?Əgər prezidentin səlahiyyətli şəxsi qanunlara məhəl qoymursa,əməl etmirsə,qanunları ayaqaltı edirsə,onda sadə,savadsız vətəndaşdan necə tələb edək ki,qanunlara hörmətlə yanaşsın?Necə olur ki,həyətində kasıb bir adam tövlə,ayaqyolu tikəndə icra hakimiyyəti i əməkdaşlarının gözlərinə dərhal görünür,ancaq özləri istənilən qanunsuzluqlara gedirlər?Deməli,belə çıxır ki,bu ölkədə qanunlar yalnız kasıblar üçündür.Axı cənab prezident  belə demir.Niyə onu aldadırsınız?Bilərəkdən,bilməyərəkdən Mirdaməd müəllim bu işlərə imza atır.Niyə bir baş bilən qabağa çıxıb demir ki,ay müəllim düz eləmirsiniz?Başa düşürük icra başçısı zəif bənddir və ətrafı onun siyasi iradəsizliyindən istifadə edir.Axi cənablar bir şeyi dərk edək.Onu bu vəzifəyə cənab prezident təyin edib.Burada dövlətin adı gedir.Birincisi imkan verməməliyik ki,dövlətimizin adı zəif kimi hallansın.İkincisi dövlət başçısının adının aşağılanmasına imkan verməməliyik.Prezident nə etməlidir ki,inanıb onu icra başçısı təyin etdi.Nə biləydi ki,zəif iradəlidir?Nə biləydi ki,komandası onu yıxacaq?Ancaq İsmayıllı Azərbaycandan kənar bir yer deyil.İsmayıllı da bu ölkənin tərkib hissəsidir.Buna görə də imkan verməməliyik ki,ölkəmiz barəsində mənfi fikir formalaşsın.Unutmayaq ki,sağımızdan-solumuzdan,arxamızdan-önümüzdən,ayrı-ayrı ölkələrin kəşfiyyat xidmətləri fəaliyyət göstərirlər.Hər bir yerdə güclü də,zəif də ola bilər.Ancaq buna görə bütöv bir elin taleyini ümüdə bağlamaq olmaz.

 

 

Redaksiyadan:Mövzu ilə bağlı yazıda adları çəkilən şəxslərin və dövlət qurumlarının mövqeyini dinləyib dərc etməyə hazırıq.Sonda video görüntünü izləməyi unutmayın.Hörmətli Mirdaməd Sadıqovun mövqeyi kiv-olaraq bizə maraqlı olardı.Araşdırmalarımız davam edir.Kend.infonu izləməyi unutmayın.

Kend.info.Araşdırma monitorinq qrupu.

 



Oxşar Yazılar