XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

07 Yanvar 2017 - 14:59

İsmayıllıda şikayətçilər,rayon rəhbərliyi tərəfindən hədələnir,şantaj olunur

mirdamed-sadiqov

İsmayilli rayonunda bir neçə aydır ki,sosial vəziyyətin gərginləşməsi ucbatından,rayonda məmur özbaşnalığı ucbatından,şəxsən icra başçısı Mirdaməd Sadıqovun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi ucbatından tarazlıq pozulub.Rayonda əhalinin əsas gəlir sahəsi sayılan kənd təsərrüfatı sektorunun bərbad hala salınmasında uzun illər xüsusi xidmətləri olan,Həsən Həsənovun yenidən kənd təsərrüfatı idarəsinə rəhbər təyinatı,rayonda insanların onsuz da gərgin olan əsəblərini lap tarıma çəkdi.Bütün bunlara görə rayondan Həsən Həsənovun 2008-2016-cı illər üzrə fəaliyyətinin yoxlanılması ilə bağlı dövlətin bir sıra mötəbər qurumlarına yüzlərlə teleqramlar getməkdə davam edir.Artıq yarım ilə yaxındır ki,rayondan qeyd edilən məsələlərlə bağlı durmadan şikayətlər,teleqramlar getməkdədir.

 

***

Mirdaməd Sadıqov istəmir ki,rayonda əsaslı maliyyə yoxlaması aparılsın.Çünki qorxur.Ancaq nədən qorxduğunu başa düşmək olmur.

 

İcra başçısı Mirdaməd Sadıqov İsmayıllıda hər hansı maliyyə yoxlamasının aparılmasına qarşıdır.Niyəsi sadə insanlara məlum olmasa da bir sıra kiv-lərə məlumdur.Rayon maliyyə idarəsində icra başçısının qohumları,yaxın adamları rəhbərlikdədir.Necə deyərlər,imza özlərinin,möhür özlərinin və sair.Başqa bir aspektdən məsələyə boylanıb baxdıqda açıqca görünür ki,Mirdaməd müəllim Həsən Həsənovun arxasında dağ kimi dayanıb,yarpaq kimi əsir.Bunu da başa düşmək olar.Çünki onları birləşdirən ortaq maraqlar diktə edir ki.səngərdə son damla qanına kimi vuruşmalı və Həsən Həsənovu müdafiə etməlidir.Yoxsa dis balans pozular,sandıq açılar,pambıq çölə tökülər.Yəni baş verənlər tamamilə hər kəs üçün aydın olar.

 

***

Çalınan mahnının adı nədir?Yaxud mətləbdən uzaqlaşmayaq.

 

İsmayıllıdan gedən şikayətlərin qarşısının alınması ilə bağlı mərkəzi hakimiyyət qurumlarının qarşısında öhdəlik götürən cənab Mirdaməd müəllim bu işi bacarmadı.Çünki rayonda gərgin sosial ədalətsizlik,məmur özbaşnalığı,bürokratik əngəllər hər ötən gün şikayətçilərin sırasını genişləndirməkdədir.Ən böyük günahkar cənab başçının özüdür.Atalar demişkən.Özü yıxılan,ağlamaz.Mirdaməd müəllim yenicə icra başçısı postuna təyinat aldıqda əhaliyə o qədər yağlı vədlər verdi ki,sadə insanlar fikirləşdi ki,cənab başçı rayonu cənnətə çevirəcək və bu da öz növbəsində onların cah-cəlal içərisində üzməyinə səbəb olacaq.Ancaq baş verənlər deyilənlərin tam əksini ortalığa qoydu.Dünənə kimi əyninə şalvar ala bilməyənlər,adamlıqda payı olmayanlar,süfrəsinə çörək qoya bilməyənlər,başqasının süfrəsinin milçəyi olanlar,Mirdaməd müəllimin səyi nəticəsində,dövlət büdcəsinin talanması müqabilində rayonun ən zəngin şəxslərinə çevrildilər.Bax burada xiyar əyri bitdi.Yəni dis balans pozuldu.Uzun sözün qısası.Vaxı ilə rayonda bütün dedi-qoduların təşkilatçısı kimi keçmiş polis rəisi Nizami Qocayevi nişan verən cənab Mirdaməd müəllim indi desin.Desin görək yenədəmi bu işləri Nizami Qocayev görür?Əslində Nizami Qocayev rayonda icra başçısının hərəkətlərinə belə nəzarət edirdi,onu səhv buraxmağa,dövlətin,dövlət başçısının adından nağıllar danışmağına yol vermirdi.Daha Qocayev getdi,yoxdur.Bəs indi nələr baş verir?Ədalət naminə,danışaq ki,Qocayev İsmayıllıda olanda belə biabırçılıqlar yox idi.Qocayevin özü burda yoxdur,ancaq allahı başımızın üstündədir.Fakt budur ki,hörmətli Mirdaməd müəllim rayonda hakimiyyət sükanını itirib.Rayon sürətlə qarşıdurmalara doğru gedir.Rayonda heç kimin şikayətinə baxılmır.Rayonda heç kimin məktubunu oxuyan yoxdur.İcra hakimiyyəti ayrı-ayrı şəxslərin qruplaşmalarına xidmət edir.Çünki rəhbər yerində deyil,çünki rəhbərin siyasi iradəsi sıfır səviyyəsindədir.Çünki rəhbər müəllimdir və klassik Azərbaycan müəllimi səviyyəsindən qalxaraq idarəedici səxsə çevrilə bilmir.Burada qəribə bir iş yoxdur.Qəribəsi budur ki,Mirdaməd müəllimdə etiraf kimi dəyər çatışmır.Əslində Mirdaməd müəllim vəzifəsinin öhdəsindən gələ bilmədiyini səmimi etiraf etməli və istefa ərizəsini cənab prezidentə təqdim etməlidir.Mirdaməd müəllim yaxşı olardı ki,elm sahəsində çalışsın,çünki o,ölkəmizə elm sahəsində daha böyük fayda verə bilər.

Sözümüzün canı budur ki,şikayətlərin qarşısını ala bilmədiklərinə görə artıq şikayətçilərin üzərinə hücuma keçiblər.Onları hədələyir,şantaj edirlər.Bu gün İsmayıllı rayon icra hakimiyyətinin birinci müavini Rövşən Ağayev və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov Hacıhətəmli kəndində olublar.Qonaqlar kənd icra nümayəndəliyində yuxarıda qeyd olunan məsələlərlə bağlı şikayət ərizələrini imzalamış şəxsləri sorğu-suala tutaraq,onları qorxudub,şikayətlərindən geri durmağa təhrik etmək istəyiblər.Ancaq onların bu təpkisi baş tutmayıb.Bütün bunlar ayıb sayılası işlərdir.Siz məmurlar bilməlisiniz ki,xalqın xidmətçisisiniz.Əslində xalq sizdən deyil,siz xalqdan qorxmalısınız.Sizlər bu hərəkətlərinizlə dövlət başçısının seçicilərini ələ salaraq onları prezidentdən narazı salırsınız.Niyə dərk etmək istəmirsiniz ki,qurduğunuz xanimanlar,əldə etdiyiniz var-pul və sairlər bu insanların boğazından kəsdikləriniz hesabına ərsəyə gəlib.Özünüzü yormayın,imkan verin vətəndaşlar dövlət başçısına öz şikayətlərini çatdırsınlar.Qoy cənab prezident bilsin ki,İsmayıllıda siyasi hakimiyyəti radikal müxalifət ələ keçirib və başında da icra başçısı Mirdaməd Sadıqov dayanıb.Qoy cənab prezident bilsin ki,yüz minlik müxalifətin ona qarşı yarada bilmədiyi narazılığı,İsmayıllıda icra başçısı Mirdaməd Sadıqov yarada bilir.Qoy cənab prezident bilsin ki,İsmayıllıda onun seçicilərinin başında yerli rəhbərlik qoz sındırır.Qoy cənab prezident bilsin ki,İsmayıllıda insanların haqq səsini boğurlar,onlarla adam kimi deyil,qul kimi rəftar edirlər.Qoy cənab prezident bilsin ki,İsmayıllıda məmurlar özlərini feodal,rayon sakinlərini isə rəiyyət hesab edirlər.Bu da ondan xəbər verir ki,İsmayıllı yenidən orta əsrlər qaydası ilə idarə olunmaq yoluna istiqamət götürüb.Sonda insanları haqq səsini ucaltdığlarına görə,prezidentin ölkədə rüşvətə,korrupsiyaya,məmur özbaşnalığına qarşı mübarizə haqqında ictimai nəzarətə çağırışına qoşulduqlarına görə təhdid,şantaj edənlərə ar olsun.Bilin ki,İsmayıllı insanları daha sizə inanmır və öz nicatlarını ölkənin başçısından gözləyirlər.

 

Redaksiyadan:Yazıda adları keçən bütün şəxsləri dinləyib,fikirlərini dərc etməyə hazırıq.

 

Kend.info.İnformasiya şöbəsi.

 



Oxşar Yazılar