XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 19:01

İsmayıllıdan yalançı zəhmətkeş məktubları.Özünə dəyər verə bilməyənlər,bütöv elə dəyər verə bilməzlər

ismayilli-sekil-1

Kend.info olaraq İsmayıllıda işsizliyin yerli əhali üçün yaratdığı dərin problemləri monitorinq edərək kiv-lərdə dərc edəndən sonra,rayonun siyasi rəhbərliyinin qəzəbinə tuş gəlmişik.Rayon rəhbərliyinin göstərişi ilə bir sıra ələbaxım sayt və portallarda,eləcə də sosial şəbəkələrdə haqqımızda ən sərt formada təhqirlər və şantaj dolu fikirlər səslənməkdədir.Bütün bunlara vaxt ayırmaq niyyətində deyilik.Çünki onlara vaxt ayırmaqla,onları layiq olmadıqları dəyərə mindirmiş olardıq.Rayon rəhbərliyinin konkret olaraq fikri bundan ibarətdir ki,biz onların ictimaiyyət üçün açıqladıqları bütün düz-əyri nə varsa hamısını alqışlayaq və yerli sakinlərin inkişafı istiqamətində uğurlu addım kimi təqdim edək.Yəni əzilən insanların harayına səs verməyimiz,rayon rəhbərliyini xoşhal etmir.Onlar istəyir ki,biz də onlara qoşulub,insanları əzək və son tikələrini əllərindən alaq.Ancaq biz kend.infonu təsis edəndə and içmişik ki,hər şeyi öz adıyla çağıracağıq.And içmişik ki,zalımlara qarşı daha sərt davranacağıq.And içmişik ki,daim əzilənin yanında,əzənin qarşısında olacayğıq.And içmişik ki,dövlətimizdən,dövlətçiliyimizdən insanları narazı salanlara qarşı amansız olacağıq.And içmişik ki,dövləti yönəldən,başda cənab prezident olmaqla digər rəhbərləri aldadan yerli məmurlara qarşı barışmaz olacağıq.And içmişik ki,kasıbın,yetimin malını yağmalamaqla boyunlarını yoğunladan məmurları ifşa edərək dövlətin lazımı strukturlarına təqdim edəcəyik.Ancaq bütün bu kimi addımlarımız yerli rəhbərliyin ürəyincə deyil.Çünki onlar bu vəzifələrə xalqa xidmət üçün deyil,varlanmaq üçün dürtülüblər.Bəli,dövlətin onlara verdikləri səlahiyyətlərdən sui-istifadə edərək İsmayıllı insanını dövlətimizdən narazı salırlar.İsmayıllı rayon rəhbərliyi rayon sakinlərinə gəlir mənbəyi kimi baxır.Rayon rəhbərliyi dövlət başçısının seçicilərini ondan narazı salır.İnsanlarda belə rəy yaradıblar ki,bütünlüklə ölkədə qanunlar işləmir.Ancaq digər rayonlarda İsmayıllıda olduğu kimi məmur özbaşnalığı və işsizlik yoxdur.Başqa rayonların icra başçıları İsmayıllıdakı kimi cənab prezidentə yalan statistikalar verməklə onu aldatmır.Keçək mətləbə.

 

***

Biz monitorinq edərək qeyd etmişdik ki,İsmayıllıda Qafqazın ən böyük velosiped zavodu adı ilə tikilmiş zavod işləmir.2016-cı ilin avqust ayında cənab prezidentin İsmayıllıya səfəri çərçivəsində həmin zavodun açılışı həyata keçirildi və cənab İlham Əliyev zavodun lentini kəsdi.Ancaq dövlət başçısının rayonu tərk etməsindən sonra bu günədək zavod heç bir istehsal həyata keçirməyib.Bütün bunlar yalan deyilmi?Necə ola bilər ki,işləməyən bir müəssisə üçün gecə gündüz mərkəzi hakimiyyət orqanlarına məlumat ötürərək inad edirsən ki,yazılanlar yalandır,zavod var qüvvəsi ilə işləyir?Nə vaxtadək riyakarlıqla məşğul olacaqsıznız?Sizlər faktiki olaraq dövlətin başçısını aldatmaqla məşğulsunuz.Bu əməlinizə görə sizi necə bağışlamaq olar?

 

***

Qeyd etdiyimiz mövzu ilə bağlı bu günlərdə İsmayıllı xəbərləri qəzetində bir məqaləyə rast gəldik.Məqalə Diyallı kənd sakinlərinin adı ilə dərc olunub.Ancaq burada hansı sakinlərdən söhbət getdiyi məlum deyil.Çünki heç kimin adı qeyd edilməyib.İsmayıllı mərkəzi poçtundan aldığımız informasiyaya görə bu işi həyata keçirənlər əvvəlcə istəyiblər ki,bunu teleqram formasında etsinlər.Ancaq poçtdan onlara həmin təqdim olunan şəxslərin mütləq iştirakının vacib olduğu bildirilib.Bunun alınmayacağını görən fürsətbazlar,üz tutublar yerli qəzet olan İsmayıllı xəbərlərinə.Olsun,nə deyək.Hər halda bunu bilirik ki,əhalinin gözünün içərisinə yalan söyləmək,ictimaiyyətə yalan sırımağa çalışmaq yaxşı iş sayıla bilməz.Bunu edənlər birinci olaraq gündəlik evinə çörək ala bilməyən insanları təhqir edirlər.İkincisi insanları özlərindən uzaq salırlar.Yalan danışan şəxs tutduğu vəzifəsindən aslı olmayaraq cəmiyyət üçün daim arzuolunmaz şəxs sayılır.

 

***

 

                              İsmayıllı xəbərləri qəzeti.30 dekabr 2016-cı il.

 

       Sakinlər narahatlıqlarını prezidentə çatdırıblar.

 

İsmayıllı rayonunun Diyallı kənd sakinlərinin bir qrupu (19) nəfər son günlər bəzi kütləvi informasiya vasitələrində kənd ərazisində tikilmiş velosiped zavodu ilə bağlı yayılan xəbərlərə etiraz əlaməti olaraq Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

sekil-qezet

Müraciətdə deyilir.

Möhtərəm cənab prezident:Sizin həyata keçirdiyiniz məqsədyönlü və qəti tədbirlər nəticəsində iqtisadiyyatımız gündən-günə inkişaf edir,xalqın həyat səviyyəsi yaxşılaşır.Keçirilən islahatlar Azərbaycanın qüdrətini artıqmaqla yanaşı,dünya miqyasında mövqeyini daha da möhkəmləndirmiş,ölkə daxilində ictimai-siyasi sabitlik yaranmışdır.Azərbaycanın səsi beynəlxalq arenalarda eşidilir və qəbul olunur.

Cənab prezident:son vaxtlar bir sıra informasiya vasitələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində istifadəyə verilmiş velosiped zavodu haqqında qərəzli məlumatlar verilmişdir.

Bildiririk ki,velosiped zavodunun tikintisi üçün ayrılan torpaq sahəsi kənd sakinlərinin pay torpaq sahəsi deyil,dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir.Torpaq sahəsinin ayrılması zamanı Diyallı kənd sakinləri ilə polis arasında heç bir münaqişə olmamışdır.İsmayıllılar respublikada gedən tikinti-quruculuq işlərini daim dəstəkləyir,o cümlədən kəndimizdə tikilmiş velosiped zavoduna görə möhtərəm prezidentimizə,sizə öz minnətdarlığımızı bildiririk.

Cənab Mirdaməd Sadıqovu İsmayıllı rayonuna başçı təyin etdiyiniz gündən bu yana rayonumuzda yeni iş yerləri açılmış,rayonumuz öz görkəmini müsbətə doğru əsaslı şəkildə dəyişmişdir.Kəndimiz mavi yanacaqla təmin olunmuş,kəndin yolu asfaltlaşdırılmış və su xəttləri yenilənmişdir.

Biz İsmayıllı rayonunun Diyallı kənd sakinləri sizdən xahiş edirik ki,bu və bu kimi qərəzli məlumatlar yayanlar haqqında müvafiq tədbirlər görülsün.Kəndin sakinləri oxşar məzmunlu ərizə ilə respublika mətbuat şurasının sədri cənab Əflatun Amaşova şikayətləniblər.

Onlar bu mötəbər təşkilatdan ağı-qara kimi qələmə verənlərin Azərbaycan respublikası qanunlarına uyğun cəzalandırılmasını xahiş ediblər.

 

***

Əslində kim cəzalandırılmalıdır.Yaxud kim ağa-qara deyir?

 

1.Gördüyünüz kimi yazıda bir nəfər də olsun şəxsin adı,soyadı yazılmayıb.Burada Diyallı əhalisi şantaj olunur.Onda belə çıxır ki,Diyallı camaatı inanır ki,zavod tam gücü ilə işləyir.Buna inanmaq olmaz.Çünki Diyallı camaatı tükü-tükdən seçən və daim haqqın yanında dayanan camaat olub.

2.Diyallı camaatı cənab prezidentə ölkədə iqtisadiyyatı gücləndirdiyinə görə,kənd ərazisində velosiped zavodu tikdiyinə görə təşəkkür edir.Əslində biz də Kend.info olaraq cənab prezidentə eyni məsələ ilə bağlı dərin minnətdarlığımızı bildiririk ki,İsmayıllıda belə bir layihəni təşkil edib.Ancaq davamız başqadır.Davamız ondadır ki,niyə bu zavod işləmir?Rayonun icra başçısı cənab Mirdaməd Sadıqovdan soruşuruq ki,bu zavod niyə işləmir?Yaxşı Mirdaməd müəllim deyir ki,bunu zavodun rəhbərliyindən soruşun.Lap yaxşı.Bəs cənab Mirdaməd müəllim niyə ələ-ayağa düşüb və niyə cənab prezidentə yalan məlumat sırıyır?Kim verib ona bu səlahiyyəti?Qarışmırsan qarışma.Olmazmı ki,dövlətin rəhbərinə doğru məlumat verəsiniz?Məsələn,prezidentə məlumat verin ki,zavod filan problemlərə görə işləmir.Niyə demirsiniz?Deyin də.Əgər dövlət başçısına düz sözü desəniz inanın ki,zavodun işləməsi üçün köməklik edəcək və zavod doğurdan da işləyəcək və insanlar buradan evlərinə həqiqətən çörək aparacaq.Yoxsa nədir bu yalan-palan zəhmətkeş məktubları?

3.Əhalinin adından bildirilir ki,Mirdaməd Sadıqov rayona başçı təyin olunduqdan sonra rayonda xeyli iş yerləri açılıb.Vallah,billah bu qədər yalan olmaz.İsmayıllı əhalisinin məşğulluq səviyyəsini öyrənib bilmək istəyənlər buyursunlar, maraqlansınlar axşama kimi işsizlikdən çayxanalarda damino,nərd ,nə bilim başqa oyunlarla başını qataraq vaxt ötürən gənclərə müraciət etsinlər.Küçələrdə boş-bekar gəzən,üzündən zəhirmar yağan insanları necə görməməzlikdən gəlirsiniz?Mağazaların qarşısında bir quru çörək üçün boynunu burub dayanan insanları necə görməməzlikdən gəlirsiniz?Mirdaməd məllimin açdığı yeni iş yerləri ancaq onun illik hesabatları üçün lazım olan kağız üzərindədir.

4.Əhalinin adından qərəzli,məlumat yayanların,ağa-qara deyənlərin cəzalandırılması tələb olunur.Əla.Qoy olsun.Gəlin vaxt müəyyən etmədən qəfləti qeyd edlən bir neçə iş yerlərində monitorinq aparaq.Görək kim yalan deyir,kim qərəzlidir və kimlər cəzaya daha layiqdirlər.

 

5.Cənablar:Yalanla baş saxlamaq olmaz.Yalanla insanların qarnı doymaz.Qurtarın bu oyunları.Sizdən tələb edirik ki,dövlətin başçısına doğru-dürüst informasiya verin.Qoy bu ölkənin rəhbəri onun vətəndaşının necə yaşaması barəsində məlumatlı olsun.

 

                          Sözümüz saray məddahlarınadır.

 

Qədim şərq ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə”özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır.Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir.

 

Şaha  xidmət etmək haqqında.

 

Bil,ey oğul,əgər təsadüf səni gətirib şah sarayları adamları içərisinə salsa,sən ona xidmət etməli olsan və şah səninlə yaxınlıq etmək istəsə,bu sənin gözünü tutub,başını gicəlləndirməsin.Ondan uzaqlaşmağa çalış,lakin xidmətdən qaçma,çünki şaha yaxınlaşmağın nəticəsi uzaqlaşmaq,xidmətin nəticəsi isə yaxınlaşmaq olar.Şah hansı gün sənə desə ki,arxayın ol,sənə zaval yoxdur,sən o gün daha çox qorx.Sən şahın hesabına piylənib yağlanıbsansa,demək,o səni kəsmək üçün belə kökəltmişdir.

 

Bu sözləri ona görə qeyd etdik ki,son günlər cənab Mirdaməd Sadıqovun adamları sosial şəbəkələrdə tənqidçilərə qarşı xeyli fəallaşıblar.Olsun.Burada qeyri-adi bir şey yoxdur.Tənqid inkişaf,gələcək üçün tərəqqidir.Ancaq gərək dostlarımız unutmasınlar ki,tənqidə görə təhqir,təhdid yolverilməzdir.İşləriniz avand olsun.

Ancaq yuxarıda qeyd etdiyimiz şaha xidmət etmək haqqında hikmətli fikri qulaqlarınızdan sırğa edin.Tarix onu unudanları sərt cəzalandırır.Bir də ki,keçmişini unudan onu təkrar yaşamağa məhkumdur.Qoca dünya çoxlarını yola saldığı kimi,hər birimizi də yola salacaq.Mərhum Əbülfəz Elçibəyin bir gözəl fikrini qeyd edərək mövzunu yekunlaşdırmaq istərdim.Özünün haqlı olduğunu sübut etməyə tələsmə.Zamanı gəldikdə haqlı olduğun sübuta yetəcək.

 

Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin və dövlət qurumlarının fikirlərini dinləyib dərc etməyə hazırıq.Monitorinqlərimiz davam edir.Kend.infonu izləməyi unutmayın.

 

Kend.info.Araşdırma monitorinq qrupu.

 



Oxşar Yazılar