XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

05 Avqust 2016 - 14:49

İsmayıllının icra başçısı və səhiyyə nazirinin təhqir edib ələ saldığı xəstə.Foto

şikəstİsmayıllı şəhər sakini Kend.info saytına maraqlı müsahibə verib.Müsahibədə rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov,səhiyyə naziri Oqtay Şirəliyev və bütün dövlət orqanlarından şikayət olunur.Müsahibənin sonunda şikayətçi dövlət başçısından,birinci xanımdan köməklik istəyir.Həmin müsahibəni dəyərli izləyicilərimizə təqdim edirik.

 

Mirdamət Sadıqov məni təhqir etdi.

Mən Şahməmmədov Rasim Eldar oğlu.37- yaşım var.İsmayıllı şəhərində yaşayıram.2010-cu ildə avtomobil qəzası nəticəsində onurğam sınıb.Qəzadan bu günə kimi nə gəzə,nə də ki,otura bilmirəm.Əməlliyyatım xaricdə mümkündür.Almaniya,Türkiyə,İsrayıl- bu dövlətlərdə müalicəm var.Ancaq bu işdə mənə heç kim köməklik etmir.Bütün dövlət qurumlarına müraciət etmişəm.Mən həm yazılı,həm də elektron formasında müraciətlər etmişəm.Bu günə kimi dövlət qurumlarından heç bir müraciətimə cavab verilməyib.İsmayıllı icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun qəbulunda olmuşam.Qəbula getdim,elə qapıdan içəri girən kimi üstümə qışqırıb məni təhqir etməyə başladı.Dedi ki,bura xəstəxanadır ki,gəlmisən.Ətrafında olanlara göstəriş verdi ki,bunu çıxarın atın bayıra.Məni bayıra atdılar.Elə bil ki,mən cansız əşyayam,sanki mən Azərbaycan vətəndaşı deyiləm.Mənə heç bir yardım olunmadı.Mən bir müddət əvvəl prezidentə şikayət ərizəsi ilə müraciət etmişdim.Mirdamət sadıqov adamlarını yanıma göndərdi və onlar gecə yarısına kimi qapımdan getmədilər.Yalvardılar ki,ərizəni geri götür, sənə köməklik olunacaq.Mən onlara inanaraq ərizəmi geri götürdüm.Mirdamət Sadıqov bu dəfə də məni aldatdı.Mən onu düz- əməlli adam bilirdim.Sən demə o,yalançıların kralı imiş.Hazırda ailəmlə çıxılmaz vəziyyətdəyik.Bütün nazirlərin qəbulunda olmuşam.Heç kim kömək etməyib.Özüm əliləm, həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkir.Yeddi yaşında azyaşlı oğlan övladım var.Dolana bilmirik.Evimdə pula gedəsi nə varsa,hamısını satıb iynə-dərmana vermişik.Bu yaxınlarda yoldaşımı icra başçısı Mirdamət Sadıqovun qəbuluna göndərdim ki,şüa olunmalıdır,bir az maliyyə köməkliyi etsin.Qəbulda başçı həyat yoldaşıma deyib ki,bizim sizə verməyə pulumuz yoxdur.

 

Nazir məni lağ-lağıya qoydu.

Bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllıya gəlmişdi.Mən onun qəbuluna əlil arabası ilə getmişdim.Belim ağrıdığına görə azacıq yerimdə tərpəndim.Nazir mənə dedi ki,durma-durma.Mən ona cavab verdim ki,cənab nazir dura bilsəydim bura ayaq üstə gələrdim də.Nazir gülə-gülə mənə dedi ki,istəyirsən gəlim mən də yanında uzanım.Məni lağ-lağıya qoydu.Məni ələ saldı.İndi təsəvvür edin də ki,ölkəni belə yarıtmazların ümidinə buraxıblar.Əlimdəki türk həkimi professor Mustafa Abgülün sənədini nazirə təqdim elədim.Nazir sənədə baxıb dedi ki,bu yalandır,get Azərbaycan həkimləri səni yoxlasınlar.Mənim Azərbaycanda əməlliyyatım mümkün deyil.Müalicəmə sənəddə göstərildiyi kimi minimum 16100,maksimum 66100 abş dolları lazımdır.Bu sənəd İstanbuldakı Rimedi Hospitaldan göndərilib.Mənim imkanım yoxdur.Mən cənab prezident İlham Əliyevdən,ölkənin birinci xanımı Mehriban Əliyevadan rica edirəm ki,mənə köməklik göstərsinlər.Cənab prezident,Mehriban xanım, rica edirəm məni Mirdamət Sadıqov,Oqtay Şirəliyev kimi yarıtmaz məmurların ümidinə qoymayın.Xahiş edirəm mənə müalicə olunmaq üçün kömək edəsiniz.Mən də istəyirəm ki,sağalıb ayağa qalxım və ailəmi insan kimi dolandırım.Sənəd.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslər və tərəfləri dinləyib,fikirlərini dərc etməyə hazırıq.

 

Kend.info



Oxşar Yazılar