XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

24 Oktyabr 2016 - 00:13

Kend.info satiralara,karikaturalara açıq olduğunu bildirir

xaliq-sekil

Kend.info olaraq bəyan edirik ki,saytımızda yumoristik,satirik yazılara,karikaturalara aid xüsusi bölmə var.Arzu edənlər burada yazılarının yerləşdirilməsinə nail ola bilərlər.Yetər ki,buna cəhd etsinlər.Qeyd edirik ki,yazılara heç bir senzura tətbiq olunmur.

 

***

Kend.info saytı satira bölümünə ilk olaraq İsmayıllı rayonundan başladı.İsmayıllı uşaq yaradıcılıq mərkəzinin direktoru Xaliq Yusifoğlu özünün duzlu,məzəli satiralarını kend.info saytına təqdim edib.Həmin satirik şeirləri məmuniyyətlə dərc edirik.

 

***

Müəllif haqqında bir qədər bilgi.

 

Xaliq Yusifoğlu 1950-ci ildə Füzuli şəhərində anadan olub.M.F.Axundov adına Azərbaycan pedaqoji institunun rus dili və ədəbiyyat fakultəsini bitirib.

Pedaqoji fəaliyyətə İsmayıllı rayonu Quşencə kəndində başlayıb.

Hazırda İsmayıllı rayon Uşaq yaradıcılıq mərkəzinin direktorudur.

“İlk görüş”X.Yusifoğlunun ilk kitabıdır.

 

Satira. Bala-bala

 

Dayanma,dart,

Vur,əz,dağıt.

Basdınmı,kəs,

Getməz əbəs.

Elə çığırt,

Elə bağırt-

Asta-asta,

Çıxmasın səs.

 

***

Yırtıcı ol,

Canavar ol.

Gördüyünü

Tez qarmala.

Yat marığa

Pişik kimi,

Ovla,quşla,

Yatma,bala.

 

***

Cibgir olub

Ciblərə gir.

Nə var tala

Bala-bala.

Nəyə lazım

Abır,həya,

Qapazladın?

Tulla dala,

Bala-bala.

Oldu bala?!

 

Xaliq Yusifoğlu.

 



Oxşar Yazılar