XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 17:32

Mərkəzi Kəşfiyyat İdarəsi: «İndi bildiklərimizi o vaxt bilsəydik…»

merkez

«2011-ci ildə ABŞ qoşunlarının İraqdan çıxarılması İŞİD terror təşkilatının formalaşması və möhkəmlənməsinə şərait yaratdı».

CNN xəbər verir ki, bu bəyanatla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan çıxış edib.

“Mən düşünmürəm ki, səbəb qoşunların çıxarılması idi. Sadəcə bu, növbəti proseslərə təkan verən foktor oldu. Biz orada yox idik və İraq hökumətinə məsləhət verə, kömək edə bilmirdik», deyə Brennan bildirib.

Brennan həmçinin hesab edir ki, 2003-də ABŞ qoşunlarının İraqa daxil olması həmin bölgədə zorakılığa və qan tökülməsinə səbəb olub:

“Əgər indi bildiklərimizi – İŞİD-in İraqda möhkəmlənib sonra da Suriyaya keçəcəyini o vaxt bilsəydik, həmin kursu davam etdirərdikmi? Yəqin ki, yox».

Gültəkin



Oxşar Yazılar