XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

11 Yanvar 2017 - 00:08

Mahmud Süleymanov Talıstan torpaqlarına sitəm edibFOTO VİDEO

mahmud-hesen

İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini,sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun vaxtı ilə Talıstan bələdiyyə şurasının sədri işlədiyi dönəmlərdə vəzifə və səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi hallarını ifşa kompaniyamız davam edir.Qeyd olunan dönəmlərdə,yəni Mahmud Süleymanovun vətəndaşlarla torpaq alqı-satıqısı həyata keçirdiyi dönəmlər dövlət başçısı cənab İlham Əliyevin sərəncamlarına qarşı birbaşa ziddiyət təşkil edir.Çünki dövlət başçısı həmin vaxtlarda bələdiyyələrin torpaq alqı-satqısını qadağan edən müvafiq sərəncam imzalamışdır.Ancaq göründüyü kimi Mahmud süleymanov bütün bunlara məhəl qoymayaraq öz alverini həyata keçirib.Talıstan kəndi ərazisində satılan torpaqların mütləq əksəriyyəti kənardan gələn vətəndaşlara satılıb.Belə sübutlardan daha birisini dəyərli izləyicilərimizə təqdim edirik.

sekil-1

***sekil-2

 

Talıstan bələdiyyəsinin 28 aprel 2008-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış.İclasda 8-nəfər iştirak edir.İclasın sədri mahmud süleymanov çıxış edərək bildirir ki,İsmayıllı kənd sakini Yaradanquliyev İmran Söynalı oğlu 0,6 ha həyətyanı torpaq sahəsinin verilməsi üçün müraciət etmişdir.Yekun qərara əsasən Yaradanquliyev İmran Söynalı oğluna bələdiyyənin Kpi fondu hesabına 0,06 ha həyətyanı torpaq sahəsi satılır və Yaradanquliyev İmran Söynalı oğlu 12 may 2008-ci il tarixində bələdiyyənin cari hesabına 124 bir yüz iyirmi dörd manat pulu mədaxil edir.Bütün bu qeyd edilənlər bələdiyyə sənədləri və alqı-satqı haqda qəbzdə öz əksini tapıb.

 

***

Ümumiyyətlə,silsilə təqdim etdiyimiz bu şəxslərin pasport vəziyyəti yoxlanılsa olduqca əlverişli olar.Çünki bu işlər birbaşa dövlətin əlaqədar qurumlarının səlahiyyətlərinə daxildir.Mahmud Süleymanovun bələdiyyə sədri işlədiyi dönəmlərdə hesab edirik ki,ciddi qanun pozuntuları var.Bunun üçün dövlətin əlaqədar qurumları məsələni nəzarətə götürməlidirlər.

 

Redaksiyadan:Mövzu ilə bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.Araşdırmalarımız davam edir.

 

Kend.info.Araşdırma monitorinq qrupu.



Oxşar Yazılar