XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

07 Yanvar 2017 - 15:10

Mahmud Süleymanov Talıstan torpaqlarını şəxsi mənfəəti üçün satıb?Daha bir fakt.Foto Video

mahmud-hesen

Qeyd etdiyimiz kimi araşdırma monitorinq qrupumuz İsmayıllıda baş verən və yaxın keçmişi əhatə edən məmur özbaşnalıqlarını araşdırmaqda davam edir.Araşdırmalarımızın hədəfi vaxtı ilə Talıstan bələdiyyə şurasının sədri olmuş və hazırda,İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini,sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovdur.Qeyd olunan cənab vaxtı ilə bələdiyyə şurasının sədri olduğu dönəmlərdə vəzifə və səlahiyyətlərindən sui-istifadə hallarına yol vermişdir.Bu şəxs Talıstan torpaqlarını yaxın qohum və əqrabalarının adına rəsmiləşdirərək hazıra kimi həmin torpaqların üzərində nəzarətini saxlaya bilmişdir.Bundan əlavə Mahmud Süleymanov şəxsi gəlir əldə etmək üçün kənd sakini olmayan,imkanlı şəxslərə Talıstan torpaqlarını satmışdır.Bu hal Talıstanda demək olar ki,dis balansı pozmuş və hazırda Talıstan kəndində onlarla yenicə ailə qurmuş şəxslər var ki,həyətyanı sahə tapa bilmirlər.Talıstan ərazisində respublikanın hər yerindən,əsasən imkanlı şəxslər torpaq alaraq ev tikmiş və bu evlərə yalnız yay aylarında istirahət etmək üçün gəlirlər.Mahmud Süleymanovun bu kimi qanuna-zidd əməllərindən daha birisini dəyərli izləyicilərimizə təqdim etmək istəyirik.

senedin-sureti

qebzin-sureti

***

      Dövlət başçısının sərəncamına məhəl qoymayan bələdiyyə sədri.

 

Dövlət başçısı cənab İlham Əliyev 2007-ci ildə sərəncam imzalamışdır.Sərəncamda bələdiyyələrin torpaq alqı-satqısının dərhal,qeyd-şərtsiz dayandırılması əmr olunmuşdur.Ancaq cənab prezidentin bu sərəncamını bələdiyyə sədri Mahmud Süleymanov saya salmayaraq öz işinə davam etmişdir.Sənədə əsasən Talıstan bələdiyyəsinin 12 mart 2008-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışda göstərilənlər.

  İclasda 8-nəfər iştirak edir.İclasın sədri Mahmud Süleymanov çıxış edərək bildirir ki,İsmayıllı kənd sakini Əhmədova Nuranə Salamat qızı 0,12 ha həyətyanı sahənin verilməsi barəsində müraciət etmişdir.Sədrin bu fikrini iclasda hamı dəstəkləyir və yekun qərara əsasən bələdiyyənin KPİ-fondu sahəsindən Əhmədova Nuranə Salamat qızına 0,12 ha həyətyanı torpaq sahəsi satılır.Torpağın alqı-satqısını sübut edən qəbzdən göründüyü kimi,Əhmədova Nuranə Salamat qızı bələdiyyənin cari hesabına 19 mart 2008-ci il tarixində 244 iki yüz qırx dörd manat pulu daxil edir.

 

Burada açıqca dövlət başçısının sərəncamına hörmətsizlik,saymazyanalığın olduğu ortaya çıxır.Ümumiyyətlə,yoxlanılmalıdır ki,iclasda bütün bələdiyyə üzvləri iştirak edib ya yox.Belə görünür ki,bələdiyyə iclasları formal olaraq keçirilib.Başqa bir məqama xüsusilə toxunmalıdır.Talıstan kəndi ərazisində torpaq sahələri almış şəxslərin kimliyi,pasport qeydiyyatı və sairlər yoxlanmalıdır.Çünki hazırda yuxarıda qeyd etdiyimiz kimi Talıstanda onlarla ailə qurmuş gənclər var ki,ev tikmək üçün torpaq sahəsi tapa bilmirlər.Bütün bunlar ölkəmizin mövcud qanunlarının tələbləri ilə yoxlanmalıdır.İnsanlarda ölkə qanunlarına qarşı inam hissini sarsıdan məmurlar haqqında ciddi tədbirlər görülməlidir ki,sarsılmış inamı bərpa edə bilək.Bu işin ən böyük məsuliyyəti prokurorluq orqanlarının üzərinə düşür.Çünki qanunların ali icra edilməsinə nəzarəti birbaşa prokurorluq həyata keçirir.Cənablar buyurun araşdırın və vəzifənizi icra edin.

 

 

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin və dövlət qurumlarının mövqeyini dinləyib.dərc etməyə hazırıq.Sonda videoları izləməyi unutmayın.

 

Kend.info.Araşdırma monitorinq qrupu



Oxşar Yazılar