XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

21 İyul 2016 - 13:54

Maliyyə nazirliyi İsmayıllıda yoxlama adı ilə pul tələb edir.

ismayilliİsmayıllı şəhər 1-saylı tam orta məktəbindən bir qrup müəllim və müəllimə Kend.info saytına müraciət edərək,işlədikləri tədris müəssisəsində baş verənlərə kəskin etiraz etdiklərini bildirdilər.Müraciət edən ziyalılar qeyd edirlər ki,maliyyə nazirliyinin,maliyyə təftiş nəzarət departamentinin əməkdaşları bir neçə gündür ki,şəhər 1-saylı tam orta məktəbində son beş ilin maliyyə yoxlamasını həyata keçirirlər.

Biz başa düşmürük ki,bu necə yoxlamadır?

Yoxlamanın nəticələrinin necə yekunlaşması haqqında heç bir məlumatımız yoxdur.Bilmirik ki,burada nələr baş verir.Məktəbin rəhbərliyi hər bir müəllim və müəllimədən əməkhaqqına baxaraq səksən (80), yüz (100), yüz əlli (150) manat civarında pul tələb edirlər.Məktəbimizdə yüz qırx nəfər (140) pedoqoji kollektiv çalışır.Direktor müavini evlərimizə zəng edərək bizdən deyilən məbləği verməyimizi tələb edir.Bizə deyirlər ki,maliyyə nazirliyinin əməkdaşları bu pulu yığıb onlara təhvil verməyimizi tələb edirlər.Bədbəxt müəllim nə qədər maaş alır ki,onu da hər yoldan keçənə versin.Hökumətimiz bütün çirkli işlərdə bizlərdən yararlanır,seçkilərdə topa-topa bülletenləri qutulara bizlərin əli ilə atdırır,aylıq cüzi əməkhaqqı verir,onu da maliyyə nazirliyinin rekerdləri əlimizdən alırlar.Bunun bir sonu olacaq ya yox?Biz buradan ölkə prezidentinə səslənirik və ondan ziyalıların hüquqlarını qorumasını xahiş edirik.Biz təhsil nazirimiz Mikayıl Cabbarov cənablarına səslənirik.Cənab nazir,siz hara baxırsınız?İmkan verməyin ki,dələduzlar canımıza mandaloşka kimi daraşsın.Gündə bir yerdən yoxlama gəlir.Heç birinin də məqsədi şəffaflığı təmin edib,düzgün idarəetmə qaydaları tətbiq etmək deyil.Hamısı eyni məqsədlə gəlir ki,görən hansı yolla pul qopara bilərəm.Daha bezmişik.İsmayıllıda DTX və prokurorluq orqanları var ancaq onların baş verənlərə susmasını heç cür başa düşə bilmirik.Bəyəm onların bu işlərdən xəbəri yoxdur?Xahiş edirik ki,bu özbaşnalığa son qoyulsun deyərək şikayətçilər qeyd edirlər.

Redaksiyadan:Qeyd edirik ki,müəllimlərin evinə pul tələbi ilə zəng edən şəxsin ad və soy adı bizə məlumdur.Sadəcə etik normalara uyğun olmadığı üçün həmin şəxsin kimliyini açıqlamırıq.Yazıda adları keçən şəxslərin və tərəflərin də mövqeyini dinləyib dərc etməyə hazırıq.

 

Kend.info



Oxşar Yazılar