XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

06 Yanvar 2017 - 06:37

Milli Şuranın Koordinasiya Mərkəzi nələri müzakirə etdi?

milli-sura-sedaret1-300x200

Milli Şuranın Koordinasiya Mәrkәzi yanvarın 5-dә növbәti iclasını keçirib. İclasda “işıq mәhbusları”, “Nardaran işi” mәhkәmәsi vә ölüm aclığı keçirәn Nicad İbrahimlә bağlı mәsәlәlәr müzakirә olunib.

Milli Şura Koordinasiya Mәrkəzi Bilәsuvarda mәskunlaşan Cәbrayıl köçkünlәrinin sosial haqlarını tәlәb etdiklәri üçün repressiyaya mәruz qalmasını pislәyib. Bildirilib ki, mәcburi köçkünlәr mәskunlaşdıqları qәsәbәyә işıq verilmәdiyi üçün ötәn ilin axırlarında yolu bağlamaqla etiraz etmәk istәyiblәr. Lakin polis onların qarşısını kәsib vә bu zaman qarşıdurma yaranıb. Hadisә barәdә rәsmi mәlumatda dәrhal elan olunub ki, polislәr xәsarәt alıb. Ardınca da dinc etirazçı vәtәndaşlara qarşı repressiya başlanıb. Bir neçə nәfәr hәbs edilәrәk, barәlәrindә hәbs-qәtimkan tәdbiri seçilib.

Qeyd olunub ki, vәtәndaşların elementar sosial problemlәrini hәll etmәyib, әvәzindә bunu istәyәnlәri zorakılıqla susdurmaq dövlәt әxlaqına sığmır. Bunu özünә yaraşdıran hakimiyyәt xalq etirazlarından yaxasını ancaq müәyyәn müddәtә qurtara bilәr, amma eyni zamanda sosial partlayış tәhlükәsini dә körüklәmiş olar. Milli Şura üzvlәri adicә işıq tәlәbilә küçәyә çıxan köçkünlәrә belә divan tutlmasını xalqın gözünü qırmaq, cәmiyyәtdә qorxu mühitini güclәndirmәk niyyәti kimi qiymәtlәndirib.

Milli Şura hakimiyyәtdәn hәbs olunan köçkünlәrin dәrhal azad edilmәsini, hәmin köçkün qәsәbәsindәki sosial problemlərin yubanmadan hәll olunmasını tәlәb edir.

Milli Şura üzvlәri Nardaran işi mәhkәmәsindә dövlәt ittihamçısının tәqsirlәndirilәn şıxslәrә çox ağır cәzalar istәmәsini dә cәmiyyәti qorxuda saxlamaq niyyәtilә izah edib. Bildirilib ki, mәhkәmә prosesindә hakimiyyәtin Nardaran әmәliyyatı tamamilә ifşa olundu, günahsız insanlara necә dәhşәtli işgәncәlәr verildiyi üzә çıxdı. Günahsızlıqları tamamilә sübuta yetirilsә dә, Tale Bağırzadәyә ömürlük, Fuad Qәhrәmanlıya 11 il, qalan tәqsirləndirilәnlәrә dә 10 ildәn 20 ilәdәk olmaqla uzunmüddәtli hәbs cәzaları istәnildi. Dövlәt ittihamçısının bu tәlәbi şübhәsiz ki, siyasi sifarişin nәticәsidir vә hüququn, әdalәtin, dövlәt әxlaqının ayaqlar altına atılmasıdır. Milli Şura mәhkәmәnin dә sifarişlә prokurorun istәdiyi kimi hökm verәcәyinә şübhә etmәsә dә, o insanların uzun müddәt hәbsdә qalmayacağına inanır.

Milli Şura bildirir ki, Nardaran işi mәhkәmәsi indiki hakimiyyәtin üzәrindә qalacaq silinmәz lәkәdir.

Milli Şura Koordinasiya Mәrkәzi ölüm aclığı keçirmәyә mәcbur olmuş Nicad İbrahimjn vәziyyәtinә dә diqqәt cәlb edib vә onunla bağlı yaranmış durumu insanlığa sığmayan münasibәt kimi qiymәtlәndirib.

Qeyd olunub ki, Nicad İbrahimin әmlakı әlindәn alınıb, özü ayağından güllәlәnib vә ona qarşı bütün bu cinayәtlәr ört-basdır edilib. İllәrdir dövlәt orqanlarının haqsızlığına mәruz qalan vәtәndaş sonda ağzını tikmәklә ölüm aclığına başlayıb. Milli Şura vәtәndaşın belә çıxılmaz duruma salınmasını qәtiyyәtlә pislәyir vә dövlәt orqanlarından Nicad İbrahimin probleminә diqqәt yetirmәyi, ona qarşı haqsızlığı aradan qaldırmağı tәlәb edir. Milli Şura hәmçinin Nicad İbrahimi canına qәsd etmәmәyә, ölüm aclığını dayandırmağa çağırır.



Oxşar Yazılar