XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

06 Yanvar 2017 - 06:39

Moskvada “Nardaran məhbusları”na azadlıq tələb olunduVİDEO

tale-aksiya-moskva-300x169

Bu gün Moskvada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Aksiya günorta saatlarında Moskvada yerləşən Azərbaycan səfirliyinin qarşısında baş tutub. Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadənin və digər “Nardaran məhbusları”nın həbsinə etiraz məqsədilə keçirilən aksiya bir saata yaxın davam edib. Etirazçılar əllərində məhbusların şəkillərini tutaraq, Tale Bağırzadə və digər “Nardaran məhbusları”nın azad olunmasını tələb ediblər. Onlar Azərbaycanda baş verən haqsızlıqlara səssiz qalmayacaqlarını, qeyri-qanuni həbs olunan vicdan məhbusları ilə həmrəy olduqlarını bildiriblər.



Oxşar Yazılar