XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

26 Dekabr 2016 - 14:20

Nardaran məhbuslarına ən ağır cəzalar istənildi – ömürlükdən 10 ilə qədər

nardaran-mehkemesi-resm-300x180

Əli Kərimli: “Qəti şübhə eləmirəm ki, onları bu qədər müddətdə həbsdə saxlamaq mümkün olmayacaq”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə məhkəmə davam edib. 26 dekabr prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istəyib.

Prokuror Tale Bağırzadəyə ömürlük, Fuad Qəhrəmanlıya 11 il, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Ramin Yarıyevə 10 il, qalanlarına 15 il həbs cəzası istəyib.

AXCP sədri Əli Kərimli Nardaran məhbuslarına belə ağır cəza istnəilməsinə feysbul səhifəsində münasibət bildirib. Ə.Kərimli yazıb:

“Nardaran işi” üzrə məhkəmədə prokuror ittiham olunanlara ömürlük də daxil olmaqla, çox ağır cəza tələb etdi. Rejim görünməmiş qəddarlığa əl atır. Baxmayaraq ki, cinayət işi məhkəmədə tamamilə ifşa olunmuşdu, prokuror Tale Bağırzadəyə ömürlük, digərlərinə isə 15-20 il arası həbs cəzası istədi. Ən təəccüblüsü, yalnız feysbuk statuslarına görə ittiham olunan Fuad Qəhrəmanlıya 11 il azadlıqdan məhrumetmə cəzası istənildi. Görünür, Fuad bəy rejimi çox yandırıb.

Qəti şübhə eləmirəm ki, günahsız insanları bu qədər müddətdə həbsdə saxlamaq mümkün olmayacaq. Rejimin bugünkü qəddarlığı isə onun nə qədər həyəcan və qorxu içində olmasının göstəricisi, öz xalqına necə nifrətlə yanaşdığının sübutudur. Günahsız yerə həbs edilən bütün insanlarımız Allahın köməyi ilə eyni gündə azad olacaqlar.



Oxşar Yazılar