XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 17:37

Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz edib

natiq-kerimov1-300x205

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi hazırlıq iclasında  hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığı məlum olub: “Həmin iş üzrə istintaq qrupunun üzvü isə oğlum Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə mənim sədrliyimlə baxmağa imkan vermir”.

Digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən, etiraz təmin olunub. Cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə göndəriləcək.



Oxşar Yazılar