XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

04 Yanvar 2017 - 19:33

Nazir Heydər Əsədovun rəis əvəzi ilə ortaq maraqları var?

hesen-heyder-mirdamed

İsmayıllı rayonunda baş verən sosial ədalətsizliklər barəsində,yalançı statistikalarla dövlətin ayrı-ayrı qurumlarını,şəxsən prezedent cənab İlham Əliyevi aldatmaq və sair məmur özbaşnalıqlara görə,son bir neçə aydır ki,rayon ilə bağlı mərkəzi hakimiyyət dairələrinə ünvanlanan şikayət teleqramlarının ardı-arası kəsilmək bilmir.Bütün hallarda vətəndaşların şikayət etdikləri mövzular kiv-lərdə dərc edilir və ictimaiyyət məlumatlandırılır.

 

***

Rayonda kənd təsərrüfatı sektoru bərbad gündədir.Ancaq.

 

Dövlət başçısı ölkədə kənd təsərrüfatının istehsalı ilə bağlı müvafiq sərəncam imzalayaraq,yerlərdə onun icrası şərtini irəli sürmüşdür.Ölkənin elə rayonları var ki,cənab prezidentin verdiyi tapşırığı həqiqi mənada yerinə yetirir.Ancaq məsələn,İsmayıllıda dövlət başçısının sərəncam və tapşırıqları qulaq ardına vurularaq kənara atılır.Hər kəsə məlumdur ki,İsmayıllıda kənd təsərrüfatı sektoru məhv olunub.Uzun illər sabiq icra başçısı Nizami Ələkbərovun korporativ maraqlarına xidmət edən bu sahə,indi də hazırki alim başçı Mirdaməd Sadıqovun maraqlarına xidmət edir.Qeyd edilən illər ərzində kənd təsərrüfatına,yəni,aqrar sahəyə icra hakimiyyətinin aqrar məsələlər üzrə müavini Həsən Həsənov rəhbərlik edib.Bu adam İsmayıllıda aqrar sahənin,kənd təsərrüfatının anasını ağlar günə qoyub.Çox təəssüf ki,yenicə yaradılmış kənd təsərrüfatı idarəsi yenidən bu adama həvalə olunub.Məsələ məlumdur.Mirdaməd Sadıqovla ortaq maraqları olan Həsən Həsənov bu vəzifədə qalmalıdır.Çünki onların birlikdə həyata keçirdikləri xeyli işləri var.Söhbət İsmayıllı əhalisinin və mərkəzi hakimiyyətin xəbəri olmayan işlərdən gedir ki,biz zamanında həmin qaranlıq məqamların üstünə işıq salacağıq.İndi isə mövzudan kənara çıxmadan mətləbə keçək.

 

***

Nazirliyin anormal açıqlaması.

 

Qeyd etdiyimiz kimi İsmayıllıdan kollektiv şəkildə dövlətin ayrı-ayrı qurumlarına şikayət teleqramları vurulur.Şikayətin mövzusu bundan ibarətdir.2008-2016-cı illər ərzində vaxtı ilə rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışmış və hazırda İsmayıllı kənd təsərrüfatı idarəsinin rəisi əvəzi Həsən Həsənovun fəaliyyəti yoxlanılsın.Şikayətçilər iddia edir ki,bu adam dövlət tərəfindən kənd təsərrüfatı istehsalçıları üçün ayrılan subsidiyalar və sair yardımları mənimsəyib,ya israf edib,ya da ki,buna göz yumub.Belə bir insana hazırki vəzifənin etibar olunmasını rayonda heç kim həzm edə bilmir.Çünki keçmişi barəsində olduqca qaranlıq söz-söhbətlər dolaşır.

Bütün şikayətlərə baxmayaraq qeyd edilən məsələlərlə bağlı heç bir dövlət qurumu tərəfindən heç bir yoxlama aparılmayıb.Ancaq ilin sonuna doğru 27-dekabr 2016-cı il tarixində kənd təsərrüfatı nazirliyinin aparat rəhbəri İlham Bayramovun adından belə bir anormal məktub almışıq.

Məktubda qeyd olunur ki,sizin Azərbaycan respublikasının prezident adminstrasiyasından və digər dövlət orqanlarından kənd təsərrüfatı nazirliyinə daxil olmuş kollektiv müraciətinizə baxılmışdır.

Bildiririk ki,İsmayıllı rayon kənd təsərrüfatı idarəsinin rəisinin vəzifəsinin icrası 2016-cı il aprel ayının 12-dən müvəqqəti olaraq Həsən Həsənova həvalə edilmişdir.

Müraciətinizdə qeyd edilən məsələlər,o cümlədən rayonda əkinə yararlı torpaq sahələrinin icarəyə (istifadəyə) verilməsi və süni balıq göllərinin yaradılması,habelə əkin üçün nəzərdə tutulan torpaqlarda qanunsuz tikililərin aparılması halları,H.Həsənovun rayon kənd təsərrüfatı idarəsinin rəisinin vəzifəsini icra etdiyi müddətdə baş verməmişdir.

Eyni zamanda bildiririk ki,H.Həsənovun fəaliyyəti nazirlik tərəfindən ciddi nəzarətə götürülmüşdür və nöqsanlara yol verdiyi təqdirdə barəsində ciddi intizam,tənbeh tədbirləri görüləcəkdir.

Nəzərə almağınızı xahiş edirik.

ilham-bayramov

 

   Xahişinizi qayış edin bağlayın belinizə.Belə sərsəm xahişləri qəbul etmirik.

 

Olduqca anormal,gülünc,qanunlara açıqca saymazyana cavabdır.Əvvəla İlham Bayramovun diqqətinə çatdırırıq ki,özünü həkimə göstərsin.Bəli,bəli,psixi durumunu yoxlatdırsın.

Daha sonra İlham Bayramovun diqqətinə çatdırmaq istəyirik ki,Həsən Həsənov 2008-ci ildən kənd təsərrüfatı idarəsi yaradılanadək icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb.Bütün balıq gölləri,əkinə yararlı torpaqlarda tikilən tikililər,meşələrin məhv olunması və sair işlər onun dövründə baş verib.

Yəni demək istəyirik ki,İlham Bayramov başınızı bir az işlədin.H.Həsənov kənd təsərrüfatı sektorunu bərbad günə salıb.Ancaq bizlər görəndə ki,onu bütün etdiklərinə baxmayaraq yenidən bu sektora rəhbər təyin edirlər,buna etirazımızı bildiririk və tələb edirik ki,işlədiyi illər üzrə fəaliyyəti yoxlanılsın.Siz isə bizə nağıl danışırsınız.

İlham Bayramov:Siz qeyd edirsiniz ki,H.Həsənovun fəaliyyəti nazirlik tərəfindən ciddi nəzarətə götürülüb və bundan sonra yol verəcəyi nöqsanlara görə ciddi intizam,tənbeh tədbirləri görüləcəkdir.

Sual edirik:Dediklərinizə necə inanmaq olar?Siz H.Həsənovun fəaliyyətini qeyd edilən illər üzrə yoxlamamış,heç bir komissiya təşkil etməmiş,subsidiyaların verilməsi prosesini yaxud prosedurunu yoxlamamış necə bu absurd,anormal qərara gəldiniz?

Deməli,sizin nazirlik formal fəaliyyət göstərir.Deməli,İsmayıllı kənd təsərrüfatı idarəsində işləyən bir şəxsin söylədikləri düzgündür.Həmin şəxs deyir ki,bütün yeyintilərdə H.Həsənov,nazir Heydər Əsədov və icra başçısı Mirdaməd Sadıqov şərikdirlər.Həmin şəxs qeyd edir ki,şikayətləriniz əbəsdir heç bir tədbir görülməyəcək.İndi hörmətli İlham Bayramov bu açıqlamaya siz xahiş edirik münasibət bildirəsiniz.Cənab nazir Heydər Əsədov haqqında söylənilənlərə necə yanaşaq?Bəlkə siz və sizin kimi işbazlar,nazirlikdə kök atmış Murtuzəli Hacıyev,Xudayət Həsənli,Zakir Nəbiyev və sair kimiləri nazir Heydər Əsədovu aldadırsınız?

Xahiş edirik nə yazdıqlarınıza,nə danışdıqlarınıza nəzarət edəsiniz.Dövləti,nazirini,şəxsən prezidenti aldatmağınız az deyil,hələ bir ictimaiyyəti də aldatmağa cəhd edirsiniz?

 

                   Kənd təsərrüfatı nazirliyindəki mənbənin qeydləri.

 

İsmayıllıdan şikayətçilər son vaxtlar durmadan şikayət edirlər.Bu məsələ nazir səviyyəsində ciddi narazılığa səbəb olub.Cənab nazir dəfələrlə məsələnin çözülməsini,əgər belə alınmırsa idarə rəisinin vəzifəsini icra edən H.Həsənovun işdən kənarlaşdırılması məsələsini ortalığa atsa da,hər dəfə rayonun icra başçısı Mirdaməd Sadıqov işə mane olmağı bacarıb.Son iki ayda icra başçısı bir neçə dəfə nazirlə görüşüb və H.Həsənovun yerində qalması xahişini edib.İcra başçısı cənab nazirə söz verib ki,şikayətçiləri mən sakitləşdirəcəyəm.Nə məsələdirsə Mirdaməd Sadıqov H.Həsənovun üstündə yarpaq kimi əsir.Nazirlikdə hamı deyir ki,məgər İsmayıllıda başqa kadr yoxdur?Belə problemli adamı niyə o,vəzifədə saxlayıb problem yaradırlar?

 

***

   Kənd təsərrüfatı nazirliyindəki mənbəyə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.

 

Mənbənin bu açıqlaması ictimaiyyətdə bomba kimi partladı.Bu açıqlamada cavablar da var.Bunu ki,biz demədik.Bəli,Mirdaməd Sadıqov heç vaxt Həsən Həsənovu meydanda tək qoya bilməz,onu sonadək müdafiə etməyə məhkumdur.Niyəsi məlumdur.Ümumiyyətlə,dünyada maraq dairəsindən kənarda heç bir şey baş vermir.

 

Sizlər prezidentə qarşı gedirsiniz.

 

Biz şikayətçilər dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə korrupsiyaya,məmur özbaşnalığına qarşı ictimai nəzarət çağırışına qoşulmuşuq.Bildiririk ki,hansı əqidənin daşıyıcısı olmaqdan asılı olmayaraq,hansı siyasi partiyanın üzvü olmaqdan asılı olmayaraq,qəbul etdiyimiz budur ki,cənab İlham Əliyev Azərbaycan respublikasının prezidenti və hamımızı təmsil edən şəxsdir.Biz onun çağırışına qoşulmuşuq və qudurğan,qanunları ayaqaltı edən,insanları alçaldan,dövlət vəsaitlərini israf edən,mənimsəyən istənilən şəxsə qarşı,istənilən məmura qarşı dövlət başçısının çağırışını rəhbər tutaraq mübarizə aparırıq.Sizlər isə cənab prezidentə qarşı gedirsiniz.Sizlər isə ölkədə şəxsən İsmayıllıda korrupsiyanın çiçəklənməsinə,məmur özbaşnalığının tüğyan etməsinə,hüquqsuzluq şəraitinin bərqərar olmasına çalışırsınız.Bəli,bu işlərin başında birbaşa icra başçısı cənab Mirdaməd müəllim dayanır.Biz şikayətlərimizdən geri durmuruq,haqq-ədalət bərqərar olunca mübarizəmiz qanunların imkan verdiyi müstəvidə davam edəcək.

 

                  İsmayıllı rayonu ilə bağlı tələblərimiz budur.

 

1.Rayonda dövlət vəsaitlərinin israf olunmasına,mənimsənilməsinə son qoyulsun.

2.2008-2016-cı illər üzrə qeyd edilən şəxs H.Həsənovun fəaliyyəti yoxlanılsın.

3.Başda icra başçısı Mirdaməd Sadıqov olmaqla digərləri insanlar arasındakı ayrı seçkiliyə,yerlibazlığa son qoysun.

4.İdarə-müəssisələrin,təhsil-səhiyyə,hüquq-mühafizə və sair qurumların fəaliyyətinə,icra hakimiyyətinin qanunsuz müdaxilələrinə son qoyulsun.

5.İcra başçısının sifarişi ilə jurnalistlərə,aktiv ictimai-siyasi fəalların təqib olunmasına,sosial şəbəkələrdə hətta ailəliklə təhqir və şantaj olunmalarına,məhkəmə vasitəsilə təqibinə son qoyulsun.

6.Rayonda rüşvətin,bürokratik əngəllərin qarşısı alınsın,məmurlar vətəndaşlarla insan kimi davransın.

7.Rayonla bağlı dövlətin ayrı-ayrı qurumlarına saxta statistik rəqəmlərin ötürülməsinə son qoyulsun.

8.Dövlət başçısı cənab İlham Əliyevə saxta məlumatlar,sosial-iqtisadi inkişafla bağlı şişirdilmiş,qeyri-real informasiyalar verilərək,prezidenti aldatmaq cəhdlərinə son qoyulsun.

9.Rayon ərazisində sözdə yox,həqiqətən əhalinin məşğulluq səviyyəsini təmin etmək üçün real iş yerləri açılsın.

10.Rayon rəhbərliyi səviyyəsində insanların ayrı-ayrı kompaniyalar çərçivəsində üz-üzə qoyularaq münaqişələrə cəlb edilməsinə,yaramaz dedi-qodulara son qoyulsun.

 

Redaksiyadan:Yazıda adları keçən bütün şəxsləri və dövlət qurumlarının fikirlərini dinləyib dərc etməyə hazırıq.

 

Kend.info

 

 



Oxşar Yazılar