XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

10 Yanvar 2017 - 13:59

«Neft bu il də ucuzlaşacaq»

10 Nov 2007, Dongying, Shandong, China  --- An oil worker under an oil well as he checks the oil pumping equipment at Gudong oil field, which is a part of China's Shengli oil field. The Gudong oilfield, along with several other small oilfields, constitutes the Shengli oilfield which belongs to the oil company SINOPEC. Shengli Oilfield is the second largest oil production base in China, ranking next to the Daqing Oilfield in northeast China. The Shengli oilfield was opened up in 1961 and development started in 1964. By the end of 2006, 74 oil or gas fields of different types had been discovered. --- Image by © Wu Hong/epa/Corbis

«Forbes» jurnalının neft bazarı haqda yeni yazısının başlığı belədir.

Yanvarın 9-da neftin qiyməti 4% düşüb. Londonda xam neftin bir barreli 54.82 dollara satılıb. Səbəb OPEC və digər neft istehsalçılarının razılaşmasıyla bağlı gözləntilərin azalmasıdır.

Keçən ilin noyabrında OPEC neft kartelinin üzvləri 2017-ci ilin yanvarından hasilatı gündə 1.2 milyon barrel azaltmağa razılaşıblar. Bazar qiymətlərini tənzimləmək üçün digər neft istehsalçıları – Rusiya, Azərbaycan, Qazaxıstan və başqa qeyri-OPEC ölkələri də razılaşmaya qatılaraq, hasilatı gündə 600 min barrel azaldacaqlarına söz verdilər. Ancaq indi investorlar bu razılaşmanın çox çəkməyəcəyini deyirlər.

İRAQIN ROLU

Qərb mətbuatı qiymətlərə İraqdan gələn xəbərlərin xüsusilə təsir etdiyini yazır. Əslində, İraq da hasilatı gündə 210 min barrel azaldacağına söz verib. Ancaq Oilprice.com saytı İraqın götürdüyü öhdəliyə əməl edəcəyinə şübhəylə yanaşır. Çünki bu günlərdə İraq cənub yataqlarında hasilatın rekord həddə çatdığını, keçən ay gündə 3.5 milyon barrel neft çıxardıqlarını elan edib. İraqın neft sənayesi naziri Jabbar Al-Luaibi «Bloomberg»informasiya agentliyinə müsahibəsində hasilatı azaltmaq barədə razılaşmadan imtina etmədiklərini, ümumi anlaşmaya sadiq qalacaqlarını söyləyib. Amma keçən ayın artım xəbərləri şübhələri dağıtmağa imkan vermir. Çünki hasilat yanvardan azaldılmalıdır. Bu da İraqda rəqəmlərin yenə yüksək qalacağını göstərir. Digər tərəfdən, İraqın Kürdüstanmuxtariyyəti mərkəzi hökumətin hasilatı azaltmaq barədə razılaşmasına qatılmaqdan imtina edib.

İnvestorların fikrincə, OPEC-in ikinci böyük istehsalçısı olan İraqın hasilatını artırması razılaşmadan onsuz da çıxmış İrana da təsir göstərəcək.

Üstəlik, OPEC-ə üzv olmayan ABŞ-da istehsalın yüksəlməsi də neftin ucuzlaşmasına gətirir. «Reuters» xəbər agentliyi ABŞ istehsalçılarının hazırda çox böyük gəlirlə işlədiyini, bu ölkədəki hasilatın OPEC-in nail olduğu razılaşmaya kölgə saldığını yazır. ABŞ-dakı artımla OPEC-in razılaşdırdığı azalma arasında tarazlığın olmaması 2017-ci ilin də tarixə neftin ucuzlaşdığı il kimi düşəcəyini deməyə əsas verir.



Oxşar Yazılar