XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

09 Yanvar 2017 - 13:07

Obama Trump-a deyib: “ABŞ prezidentliyi ailə biznesi deyil…”

obama-tramp-300x159

ABŞ prezidenti Barack Obama deyib ki, o, öz xələfi Donald Trump-a Ağ Evi “öz ailə biznesi” kimi idarə etməyə cəhd göstərməməyi tövsiyə edib.

ABC News-a müsahibəsində Obama deyib ki, cənab Trump ABŞ-ın təsisatlarına “hörmət” göstərməlidir.

“Elə ki, and içmə mərasimindən keçdin, sən artıq Yer kürəsində ən böyük təşkilatın başçısı olacaqsan” – deyib Barack Obama.

O xəbərdarlıq edib ki, idarəetmə ilə kampaniya aparmaq arasında fərq var.

Cənab Obama əlavə edib ki, Trump-ın bir sözü ilə dünya paytaxtları, maliyyə bazarları və insanlar təsirlənə bilər.

Prezident həmçinin Rusyanın ABŞ seçkisini təsirləndirmək məqsədilə həyata keçirdiyi iddia edilən haker hücumlarından da söz açıb və etiraf edib ki, bu təhlükəni lazımınca qiymətləndirməyib.

Obama bunu da deyib ki, cənab Trump-la söhbətində onu ölkənin kəşfiyyat xidmətlərinə etimad göstərməyə çağırıb.

Donald Trump aylarla Rusiyanın kibermüdaxiləsi barədə məlumatları rədd etsə də, ötən həftə kəşfiyyat agentliklərinin “böyük pərəstişkarı” olduğunu dilə gətirib, lakin əlavə edib ki, haker hücumunu dəf edə bilməməkdə Demokratik Partiyanın özü təqsirkardır.



Oxşar Yazılar