XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

18 Dekabr 2016 - 00:54

“Qar” – Elnur Astanbəylinin şeiri…

aa4

Kend.info Elnur Astanbəylinin “Qar” şeirini teqdim edir.

Qar

Bu sabah nə göyçək qar yağır, aana…

ağdı ağacların, damların üstü, –

bir dön yeri-göyü tutan ağa bax!

bu sabah nə göyçək qar yağır, aana…

qız əlləri kimi yumşaq, ağappaq!

bu saat hardasa bir qaragünlü

bezib haqsızlıqdan, doyub zülümdən

oturub göyləri qarğayır, aana…

yəqin fikirləşir bunca dərd görən

bu fağır ölkədə niyə hələ də

göydən daş yerinə qar yağır, aana…

soyuq baxışdanca qırıla bilər –

kövrəkdi ürəyim bir şüşə kimi…

fərqində deyiləm payızın, yayın,

bilmirəm yaz necə, qış necə keçir –

qatıbdı başımı qayğılar, aana…

oğlunun saçına ağ düşən kimi

bu sabah nə göyçək qar yağır, aana…

üşüməsin – evə burax pişiyi…

dən at sərçələrə, ac qalmasınlar

doluşub başına tutağacımızın

pay umur, yem umur qarğalar, aana…

arınıb, durulub dünya elə bil,

bu sabah nə göyçək qar yağır, aana…

haçağdı gözlərin bir doğma gəzir…

oxumaz dərdini, ötməz qəmini

neyə  dönsə bütün qarğılar, aana…

atamın qəbrinə –

sənin qəlbinə

bu sabah nə göyçək qar yağır, aana…

(18 yanvar, 2016-cı il)

Kend.info

 



Oxşar Yazılar