XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

10 Yanvar 2017 - 11:15

Rəfsəncani bu gün dəfn ediləcək

hashimi-refsencani_1-300x214

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün dəfn ediləcək.

APA-nın məlumatına görə, bazar ertəsi Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər

İranda Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb.

Haşimi Rəfsəncani yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.



Oxşar Yazılar