XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

16 Dekabr 2016 - 17:12

Rəsulzadə – Vətən sevgisi

Altunay Hacıbəylialtunayh

Öncələr orta məktəb dərsliklərində Məhəmməd Əmin Rəsulzadəylə bağlı məlumata rast gəldiyimi xatırlamıram. Yalnız 11-ci sinif “Azərbaycan Tarixi” dərsliyində az da olsa məlumat verilmişdi . Söz yox, onun haqqında evimizdə çox eşitmişdim, böyük şəxsiyyət olduğunu da bilirdim, ancaq sevgimin yaranmasında hazırlıq müəllimimin (Bəhruz müəllim) köməyi çox olub. Müəllimim tarixi yaxşı bilməsilə bərabər, Azərbaycanın və Türk dünyasının dahi şəxsiyyətlərini bizə sevdirərək öyrədə bilmişdi. Nədənsə, məndə ən çox Rəsulzadə və Atatürk sevgisi baş qaldırmışdı.

Uşaqlıqdan evimizdə eşitdiklərimin də bu işdə təsiri çoxdur. Ən çox da bu haqda, Xaliq əmimin (Xaliq Bahadır) danışdığını xatırlayıram. Əmim kəndə gələndə daha çox Vətən mövzusunda söhbət açır. Mənə elə gəlir ki, Vətənə olan sevginin nə olduğunu əmimdən öyrənmişəm. O, Vətəndən elə ürəkdən danışar ki, sevdirməklə yanaşı, bu sevgini ölümsüzləşdirir. Çünki, ruhundakı sevgiylə beynindəki sevginin ahəngindən dogan ən gözəl sevgidir Vətən sevgisi! Bu özəlliklərin onda cəmlənməsi, məndəki var olan Vətən sevgisini artırdı. Müəllimim və oxuduqlarım sayəsində Rəsulzadəyə yaranan rəğbət sonradan sevgiyə çevrildi.

İlk vaxtlar daha çox bu sözünün xoşuma gəldiyi, elə hey təkrarladığım yadımdadır: – “Bir kərə yüksələn bayraq, bir daha enməz”! O həm də bu sözlərilə bizə işarə verib, bir kərə yüksələn bayrağı bir daha endirməməyi vəsiyyət edib. Bizə əvəzsiz miras – Vətən qoyub gedən bir insanın xatirəsinə yalnız bu şəkildə sayğı duya bilərik. Haqqında ətraflı öyrəndikcə gündən-günə sevgimin artdığı, üzünü görməsəm belə, sayğıyla sonsuzadək sevə biləcəyim yeganə insandır Məhəmməd Əmin Rəsulzadə! Bu düşüncədə olduğumdan sevinir, onu mənə sevdirənlərə sonsuz təşəkkür edirəm! Əmimdən Vətən, müəllimimdən Vətənlə yanaşı Rəsulzadə sevgisini öyrənmiş oldum. Müşahidələrim əsasında düşünürəm ki, sizin də Vətən sevgisiylə çağlayan tanıdığınız varsa, mütləq yararlanın, çünki onların sayı azdır. Mən də belə bir əmiyə və müəllimə sahib olduğumdan, onlarla qürur duyuram!

Vətənimizi sevməli, onun uğrunda bir olmalıyıq. Sevdiyim şeirlərdən Mehmet Akif Ersoyun “İstiqlal marşı”ndakı həmin misralar qədər sevgimiz olsa, bu Vətəni bizdən heç kim ala bilməz!

Arkadaş, yurduma alçakları uğratma sakın,
Siper et gövdeni, dursun bu hayasızca akın,
Dogacaktır sana vad ettiyi günler haqqın,
Kim bilir, belki yarın, belki yarından da yakın!



Oxşar Yazılar