XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

09 Yanvar 2017 - 13:13

Reyns Pribus: Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini qəbul edir

reyns-pribus-300x169

ABŞ prezidenti seçilmiş Donald Tramp Amerika kəşfiyyat orqanlarının Rusiyanın Birləşmiş Ştatlarda seçkilər zamanı kiber hücumlar keçirdiyi haqda nəticələrini qəbul edir və buna cavab verə bilər. Bu açıqlamaları Trampın hakimiyyətə gələcək prezident idarəsinin rəhbəri Reyns Pribus bazar günü müsahibə zamanı verib.

Reyns Pribus deyib ki, Tramp Rusiyanın Demokrat partiyasının qurumlarına müdaxilənin arxasında olduğuna inanır. Lakin o, Trampın hakerlik fəaliyyətlərinin Rusiya prezidenti Vladimir Putin tərəfindən idarə edildiyi ilə razı olub-olmadığına aydınlıq gətirməyib.

“O bu konkret halda Rusiyadakı təşkilatların iştirakını qəbul edir, bu məsələdə problem yoxdur”-deyə Pribus Fox xəbər agentliyinə bildirib.

Bu, ilk dəfədir ki, prezident seçilmiş Trampın respublikaçı komandasının yüksək səviyyəli üzvlərindən biri Rusiyanın hakerlikdə və 2016-cı il prezident seçkilərində Demokrat partiyasının emaillərinin sızdırılmasında birbaşa rolunu qəbul edir.

Tramp Rusiyanın onun qələbəsinə kömək etmək məqsədilə hakerlik fəaliyyətlərinin arxasında olduğuna dair iddiaları qəbul etmirdi.

Yanvarın 20-də inaqurasiya gününə iki həftədən az qalan bir vaxt Tramp kəşfiyyat agentliklərinin Rusiyanın hakerlik fəaliyyətləri və Moskvanın noyabrın 8-i prezident seçkilərinə təsir göstərmək cəhdlərinə dair gəldiyi nəticələri qəbul etmək üçün respublikaçıların artan təzyiqləri ilə qarşılaşırdı.

Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trampın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilir.

Keçən həftənin cümə günü ABŞ-ın kəşfiyyat agentliklərinin rəhbərləri ilə görüşdən sonra Tramp Rusiyanın prezidentlik kampaniyasında xüsusi rolunu qeyd etməyib.

Prezident Barak Obamanın göstərişi ilə hazırlanmış hesabatda Rusiyanın müdaxiləsinin səslərin sayılmasına təsir göstərmədiyi haqda nəticə çıxarılıb.



Oxşar Yazılar