XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

27 Noyabr 2016 - 22:30

Şəhər 2 saylı tam orta məktəbin kollektivindən kend.info-ya cavab

“Kend.info” saytının təsisçisi və baş redaktoru Elçin İsmayıllıya

 

Sizin saytda 21 noyabr 2016-cı il tarixində yerləşdirilən “ İsmayıllı təhsilində nələr baş verir?” başlıqlı yazı ilə əlaqədar pedaqoji kollektivimizin etirazını diqqətinizə çatdırmaq istəyirəm.

İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin rayonda yüksək təhsil  nəticələrinin qazanılmasında özünəməxsus yeri vardır. Ötən hər bir dərs ilində 500-600 və 600-700 bal toplayan şagirdlər  sırasında  sagird sayına görə böyük olmayan məktəbimizin də məzunlarının adı vardır.

Son 5 ildə  məktəbimiz “ İlin ən yaxşı məktəbi”, iki nəfər müəllimimiz isə “Ən yaxşı müəllim” müsabiqələrində qalib gəlmişlər. “Elektron təhsil” müsabiqəsində müəllimlərimiz fəal iştirak edərək müsabiqənin nominantı olmuş, bir nəfər müəllimimiz isə Respublikada I yeri tutmuşdur. Keçən dərs ilində X sinif şagirdi coğrafiya fənni üzrə respublika fənn olimpiadalarının final mərhələsində qalib gələrək “Qızıl medal”a layiq görülmüşdür.

Məktəbin müəllim və şagirdləri beynəlxalq layihələrdə uğurla iştirak edərək iki dəfə Türkiyə Respublikasında keçirilən “Elm və təhsil” müsabiqəsində, bir dəfə isə rayonumuzla qardaşlaşan Yaponiyanın İto şəhərində səfərdə olmuşlar. 2016-cı ilin yayında İto şəhərindən gəlmiş müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti məktəbimizdə olmuş, fənn kabinetləri, laboratoriyalar, idman zalı, kompüter otaqları, kitabxana, məktəb bufeti ilə tanış olmuş, şagirdlərimizin ifasında milli musiqi nümunələri, şeirlər dinləmişlər. Qonaqlar məktəbimizdən zəngin təssüratla qayıtmışlar.

Bütün bunlara pedaqoji kollektivin üzvlərinin işə dərin məsuliyyətlə yanaşmaları nəticəsində nail olunmuşdur. Pedaqoji kollektivdə yüksək əmək intizamı və sağlam mənəvi-psixoloji mühit hökm sürür. Direktor və müavinlər  biri digərinin fəaliyyətinə müdaxilə etmədən öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Məktəbdə 20 ildən çox müddətdə tədris işləri üzrə direktor müavini işləyən Gülxar Məmmədovanın məktəbin uğurlarında əməyi çoxdur. Onun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovla heç bir qohumluq əlaqəsi yoxdur.Yazida göstərilən digər məsələlər də həqiqəti əsla əks etdirmir və məktəb kollektivinə atılan şər və böhtandır. Məktəbdə dərs bölgüsü zamanı varislik və  ixtisas gözlənilməklə  müəllimlərin təlim nailiyyətləri əsas prinsip kimi götürülür, Təhsil Nazirliyinin əmr və təlimatlarına ciddi şəkildə əməl olunur.

Pedaqoji kollektivin ümumi yığıncağında yazıda göstərilənlər qətiyyətlə pisləndi, məktəb rəhbərliyinin və müəllimlərin işgüzar nüfuzuna zərbə kimi qiymətləndirildi.

 

İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin pedaqoji kollektivi adından məktəbin direktoru Ramil Dadaşov.

Kend.info informasiya şöbəsi.



Oxşar Yazılar