XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 23:39

Səngəçalda qaz kəməri yenidən partladıFOTO VİDEO

sengecal-300x225

Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verdiyi bildirilir.

Bu barədə məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədriMirvari Qəhrəmanlı da təsdiq edib. Ancaq rəsmi qurumlar bu məlumatı, hələlik, təsdiqləməyiblər.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır.

Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», – şirkət qeyd edirdi.

Eyni yerdə ikinci yanğın isə yanvarın 2-də baş vermişdi.



Oxşar Yazılar