XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

09 Noyabr 2016 - 11:47

Sapı bizdən baltalar

xaliq-sekil

 

Torpaq satar,yurd satar,

Namərd olub mərd satar.

Doğmasına dərd satar

Sapı bizdən baltalar.

 

Üzdə şirin dil tökər,

Sığallayıb əl çəkər.

Başımıza kül tökər

Sapı bizdən baltalar.

 

Axmaq tapıb tumarlar

Düzün ağzın yumarlar.

Yıxıb yerə hamarlar

Sapı bizdən baltalar.

 

Bilməz Vətən dardadır,

Abır,həya hardadır.

Qarğışdadır,gordadır

Sapı bizdən baltalar.

 

Boş-boşuna guruldar.

Qarğa kimi qarıldar.

İşin düşsə mırıldar

Sapı bizdən baltalar.

 

Tamahı diş sındırar,

İştahı daş sındırar.

Özümüzü yandırar

Sapı bizdən baltalar.

 

Əyri görər düzümü,

Fil eyləyər sözümü.

Yada verər közümü

Sapı bizdən baltalar.

 

İşi düşsə yallanar

Ətəyindən sallanar.

Neçə halda hallanar

Bizi belə yontalar

Sapı bizdən baltalar.

 

Xalıq Yusifoğlu



Oxşar Yazılar