XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

04 Dekabr 2016 - 23:51

Tircan kəndindən müraciət.Rayon rəhbərliyi problemin həlli istiqamətində iş görmür

ismayilli-sekil-1

Kend.info-ya İsmayıllı rayonu Tircan kənd sakinlərindən yeni müraciət daxil olub.Müraciətdə qeyd olunur ki,kənd sakinlərinə məxsus torpaq sahələrinin onların iştirakı olmadan satılması məsələsinə görə bir həftə bundan öncə rayon icra hakimiyyəti başçısının qəbulunda olublar.Sakinlər qeyd edir ki,rayon rəhbərliyi problemin tezliklə həll olunacağına dair söz versə də hələ ki,bu istiqamətdə əməli işlərin getdiyini müşahidə etmirik.Əgər bir neçə gün ərzində məsələ ilə bağlı bizlərə açıqlama verilməsə,məcburuq ki,bütün kiv-nümayəndələrini kəndimizə dəvət edərək,baş verənləri yenidən ictimailəşdirək.

Kend.info müraciətə dayanaraq,rayon icra hakimiyyətindən adı çəkilən məsələ ilə bağlı,eləcə də son görülən tədbirlərlə bağlı məlumatların dərc edilməsi üçün saytımızın elektron ünvanına göndərilməsini xahiş edir.Mövzunu diqqətdə saxlayırıq.

Kend.info informasiya şöbəsi.



Oxşar Yazılar