XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

18 Noyabr 2016 - 08:30

Türkan Şoraya Bakıda “Avrasiya əfsanəsi” mükafatı verildi

turkan-soray-300x200

Fransız aktyor, rejissor və ssenarist Robert Hossein və Türkiyənin tanınmış aktrisası Türkan Şoraya noyabrın 17-də Bakıda “Avrasiya Əfsanəsi” mükafatı tədqim olundu. Bu mükafatı Avrasiya Akademiyası təsis edib. Elə təqdimat mərasimi də Avrasiya Akademiyasının İkinci Rəsmi Məclisində baş tutdu.

Məclisdə tanınmış elm, ədəbiyyat, musiqi və incəsənət adamları, hökumət təmsilçiləri, deputatlar, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında film nümayiş etdirilib.

Qeyd edək ki, 2012-ci ildə bir qrup elm və sənət adamları arasında həm beynəlxalq, həm də regional mahiyyət daşıyan bir Akademiyanın yaradılması barədə məsləhətləşmələr olub. Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi fikrə gəlinib. Akademiyanın 5 qurucu üzvü Azərbaycan, Türkiyə və ABŞ vətəndaşıdır: professor Halil İnalcık, professor Lütfi Zadə, professor Mahmut Qazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı.

Avrasiya Akademiyası 28 sentyabr 2012-ci ildə Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Avrasiya Əfsanəsi” mükafatı, həmçinin Avrasiya Akademiyasının 5 medalı (Ibn Sina, Nəsirəddin Tusi, İbn Xəldun, Mirzə Fətəli Axundzadə və Üzeyir Hacıbəyli medalları) hazırlanıb.

Tədbirdə həmçinin Robert Hossein Türkan Şoray haqqında tanıtım filmləri nümayiş etdirilib. Ardınca da onlara Avrasiya Akademiyasının üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatı tədqim olunub.

Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və bu mükafata layiq görülən ilk qadındır.

Türkan Şoray media nümayəndələrinə açıqlamasında üçüncü dəfə Bakıya gəlməkdən məmnun olduğunu deyib: “Təkrar Bakıda olmaqdan çox məmnunam. Sevənlərimə bizi yalnız buraxmadığı üçün təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. Mehriban insanların münasibəti məni çox sevindirir. İnsanların sevgisini hiss edirəm. Bu məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm”.



Oxşar Yazılar